Dərc edildi: Baxış sayı: 577
“Ceyran peçi” can aldı
Quba sakini evində dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az xəbər verir ki, rayon sakini Cəbrayılov Mirzəbaba Əbilfəz oğlu noyabrın 12-si, saat 03:00 radələrində evində kustar üsulla quraşdırılmış təbii qazla işləyən “ceyran peçi” kimi tanınan sobanın boru hissəsindən evə sızan dəm qazından zəhərlənib.
Mərhumun meyiti oğlu tərəfindən aşkarlanıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət