Slimfit
  1. AZƏRBAYCAN

Ceyms Uorlik: Bu administrasiyada Qarabağ məsələsinə marağın olduğunu görmürəm

Ceyms Uorlik: Bu administrasiyada Qarabağ məsələsinə marağın olduğunu görmürəm
Sakura

Ceyms Uorlik: Bu administrasiyada Qarabağ məsələsinə marağın olduğunu görmürəm

ATƏT-in Minsk qrupunun keçmiş sədri Ceyms Uorlik hazırki ABŞ administrasiyasının Dağlıq Qarabağ məsələsi ilə maraqlandığı barədə heç bir sübutunu görmür. O, bu barədə “Atlantik Şurası” amerikan analitik mərkəzinin təşkil etdiyi “Dondurulmuş münaqişələr və Kremlin gündəmi” müzakirəsi zamanı bildirib.

“Moskvada etimadı möhkəmləndirmək üzrə tədbirləri dəstəkləmək marağı var. ABŞ da bunda iştirak etməlidir. Son administrasiya bu prosesi başlatdı, amma bu administrasiyada Dağlıq Qarabağa olan hər hansı marağın sübutunu görmürəm”, - əlavə edib.

Ceyms Uorlik qeyd edib ki, hazırda əldə edilmiş addımların üzərində ABŞ, Rusiya və Fransa birlikdə çalışmalıdır: insanlar arasında əlaqələr və etimadın möhkəmləndirilməsi üzrə tədbirlər. “Mən həqiqətən güman edirəm ki, sülhməramlı qüvvələrin necə görünəcəyi barədə müzakirələrə başlamaq imkanı var.

Rusiya sülhməramlılarının bu məsələnin mümkün hissəsi olması sualına cavab verərlən Uorlik izah edib ki, heç zaman heç bir sənəddə qeyd olunmayan hansısa centlmen razılaşması möcvuddur. O izah edib ki, ATƏT-in Minsk qrupu razılaşıb ki, üç həmsədr ölkə və ya qonşu ölkələrin heç biri sülhməramlı missiyanın hissəsi olmayacaq.

Keçmiş sədr güman edir ki, Qarabağ münaqişəsinin vəziyyətində Moskva münaqişəni sərbəst həll etmək səlahiyyətinə malik deyil. Digər münaqişələrdən fərqli olaraq, Rusiya və ABŞ Qarabağda ümumi marağa malikdir: qeyri-stabil vəziyyət və hərbi əməliyyatlar heç bir ölkənin maraqlarına cavab vermir. “Lavrovun təklif etdiyi həll bizim təklif edəcəyimiz həlldən elə də fərqlənmir”, - o deyib.

Mənbə: News.am

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR