Slimfit
  1. CƏMİYYƏT

Ceyhun Bayramovdan koronavirus dövründə tədrisin məhdudlaşdırılması ilə bağlı açıqlama

Ceyhun Bayramovdan koronavirus dövründə tədrisin məhdudlaşdırılması ilə bağlı açıqlama
Sakura

Ceyhun Bayramovdan koronavirus dövründə tədrisin məhdudlaşdırılması ilə bağlı açıqlama

“Azərbaycanda koronavirusa yoluxma halı ilk aşkar edilən gündən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, mart ayının 2-dən tədrisin dayandırılması barədə qərar verildi”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, qəbul edilən qərar məhdudlaşdırıcı tədbir olub:

“Bu qərar qəbul edilən zaman dünyanın 12 ölkəsində oxşar tədbirlər görülmüşdü. Daha sonrakı dövrlərdə 191 ölkədə oxşar məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə başlandı”.

“Bu, Azərbaycan dövləti tərəfindən insanların sağlamlığı və təhlükəsizliyini nəzərə alaraq qərarların qəbul edilməsinin göstəricisidir”, - deyə C.Bayramov qeyd edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR