Dərc edildi: Baxış sayı: 595
Ceyhun Bayramov Mövlud Çavuşoğlunu Türkiyədə yeni kəşf edilən təbii qaz yatağı ilə əlaqədar təbrik edib
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu ölkəsinin Qara dənizdə təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik edib.
Ens.az Spacetv.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov həmkarı ilə söhbətində bu uğurun Türkiyə iqtisadiyyatının səmərəliliyinin artırılmasına böyük töhfə olacağına, qardaş Türkiyə xalqının rifahının daha da yüksəlməsinə əhəmiyyətli təsir edəcəyinə, Türkiyənin regionda və beynəlxalq aləmdə qüdrətinin daha da artacağına əminliyini ifadə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət