Çexiyada koronavirusla mübarizədə kömək edəcək dərmanı açıqladılar
Ölkədə onun satışı ciddi şəkildə məhdudlaşdırılacaq, bəzi həkimlərə isə onun təyinatı qadağan edilib.
Çexiya Respublikasının Səhiyyə Nazirliyi Plaquenil adlı dərmanın CoViD-19 xəstəliyinə qarşı mübarizədə kömək edə biləcəyini açıqlayıb. Bunu jurnalistlərlə söhbəti zamanı nazir Adam Voytex bildirib.
"Mövcud elmi məlumatlara görə, Plaquenil CoViD-19-un müalicəsində potensial effektlidir, buna görə onun əlçatmazlığının qarşısı alınmalıdır" deyib Voytex.
Onun çatışmazlığının qarşısını almaq üçün apteklərdə həkimin ixtisasını və xəstənin diaqnozunu göstərməyən dərman reseptsiz satılmasını qadağan ediləcək. Bundan əlavə, indi həkimlərin hamısına bunu təyin etməyə icazə verilmir. Hazırda bunu allerqologiya, klinik immunologiya, dermatovenerologiya və revmatologiya, habelə infeksionologiya sahəsindəki mütəxəssislər edə bilərlər.
Mənbə: life.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət