Slimfit
  1. ELM

Çexiyada Gəncənin tarixindən bəhs edən monoqrafiya nəşr olunub

Çexiyada Gəncənin tarixindən bəhs edən monoqrafiya nəşr olunub
Sakura

Çexiyada Gəncənin tarixindən bəhs edən monoqrafiya nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun müəllifi olduğu “Gəncə şəhərində sənətkarlıq sahələrinin innovativ texnologiyalarla tədqiqinin tətbiqi əhəmiyyəti. Tarixi-etnoqrafik tədqiqat” monoqrafiyası Çexiyanın paytaxtı Praqada ingilis dilində çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitab Gəncənin tarixində ictimai və humanitar elmlər sahəsində Avropada xarici dildə nəşr edilən ilk monoqrafiyadır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən vəsaitin elmi redaktorları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Nərgiz Quliyeva və Çexiya İctimai Elmlər Akademiyasının professoru İlona Doroşinadır.

Nəşrin rəyçiləri isə ABŞ-ın Smitson İnstitutunun antropologiya departamentinin rəhbəri, professor Pol Maykl Teylor, İtaliyanın Sapienza Universitetinin və Albaniyanın Aleksandr Moisiu Universitetinin fəxri üzvü, professor Sokol Pacukaydır.

Monoqrafiya dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin beytləri ilə başlayır. Kitab AMEA Gəncə Bölməsi ilə İtaliyanın Sapienza Universitetinin və İctimai Elmlər üzrə Aralıq Dənizi Hövzəsi Elmi-Tədqiqat Mərkəzinin birgə əməkdaşlıq layihəsinin elmi nəticələrini özündə əks etdirir.

Vəsaitin üz qabığında isə Britaniyanın paytaxtı London şəhərindəki “Viktoriya və Albert” muzeyində mühafizə edilən Gəncə xalçası təsvir olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR