Dərc edildi: Baxış sayı: 438
Çexiya Türkiyəyə silah satışını dayandırdı – Qərar
Çexiya bu gündən etibarən Türkiyəyə silah satışını dayandırmaq barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Çexiya Daxili İşlər naziri Yan Hamaçek Tvitter səhifəsində yazıb.
Hamaçek qərarın baş nazir Andrey Babiş və Sənaye və Ticarət naziri Karel Havliçeklə birgə keçirilən iclasdan sonra qəbul edildiyini bildirib.
“Çexiya Respublikası Türkiyəyə hərbi vasitələrin təmini ilə bağlı bütün ixrac lisenziya sənədlərini dərhal dayandırıb”, - Hamaçek qeyd edib.
Qeyd edək ki, bu gün Cexiya Xarici İşlər naziri Tomaş PetrşiçekTürkiyə səfirini XİN-ə çağıraraq Ankaranın Suriyada apardığı hərbi əməliyyatları ilə bağlı ölkəsinin narahatlığını bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət