Dərc edildi: Baxış sayı: 542
Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir
Bu gün Çexiyada istifadə edilən neftin 1/3 hissəsi Azərbaycan neftinin payına düşür.
"Report" xəbər verir ki, bu barədə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar Bakıda keçirilən beynəlxalq konfransa Çexiya Prezidenti Miloş Zemanın təbrik məktubunda deyilir.
M.Zeman qeyd edib ki, rəhbərlik etdiyi ölkə Azərbaycanla əməkdaşlığın artmasında maraqlıdır: “Məhz bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan Çexiyanın iqtisadi baxımdan əməkdaşlıq etdiyi 5-ci ölkədir".
Məktubu tədbirin əsas təşkilatçısı olan "Caspian European Club" sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev oxuyub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət