Slimfit
  1. TEXNOLOGİYA

“CES 2019” sərgisində elastik klaviatura nümayiş etdirilib

“CES 2019” sərgisində elastik klaviatura nümayiş etdirilib
Sakura

“CES 2019” sərgisində elastik klaviatura nümayiş etdirilib

“CES 2019” beynəlxalq elektronika sərgisində “LG” şirkətinin elastik televizorundan başqa, elastik ekranlardan istifadə üzrə başqa variantlar da təqdim edilib. Məsələn, bükülən ekranla təchiz edilmiş cihazların istehsalı üzrə ixtisaslaşmış Çinin “Royole” startapı açılıb-yığılan klaviatura təqdim edib.
 
ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, kiçikölçülü metal borunun içərisindən açılan elastik klaviatura üzərində hərflər olan şəffaf plyonka formasındadır. Bu cihazı “Bluetooth” texnologiyası üzrə smartfon, planşet və ya kompüterə qoşaraq mətn çap etmək  mümkündür. Daxili akkumulyator bir neçə aylıq avtonom işləmək üçün kifayət edir. Çap etdikdən sonra korpusdakı xüsusi düymənin üzərinə 2 dəfə sıxmaq kifayətdir ki, klaviatura öz-özünə metal borunun içərisinə yığılsın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR