Slimfit
  1. MARAQLI

Cərrah xəstənin beynini 3000 km məsafədən əməliyyat etdi

Cərrah xəstənin beynini 3000 km məsafədən əməliyyat etdi
Sakura

Cərrah xəstənin beynini 3000 km məsafədən əməliyyat etdi

Çinin Sanya şəhərində qeyri-adi hadisə baş verib.

 “Ölkə.Az” xəbər verir ki, cərrah xəstənin beynində əməliyyatı 5G şəbəkəsinin vasitəsilə uzaqdan edib. Bu zaman xəstə həkimdən 3000 km uzaqda olub.
Əməliyyatı aparan həkim Çinin Xaynan vilayətindəki xalq-azadlıq ordusundakı xəstəxananın həkimi Lin Çjipeydir. Əməliyyat 3 saat davam edib. O, əməliyyatı 5G şəbəkəsində işləyən kompüter vasitəsilə idarə edib.

Alətlərdən kompüter vasitəsilə çox dəqiq istifadə edən Lin xəstənin beyninə beyini stimullaşdırmaq üçün çip yerləşrdirilib. Xəstə isə əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini deyib.

“Mən növbə ilə Pekin və Xaynanda işləyirəm. Bu əməliyyat Xaynanda olduğum vaxt baş tutdu. Parkinson xəstəsi Pekində idi və xəstəliyinə görə Xaynana gələ bilmirdi”, - deyə həkim bildirib.

Qeyd edək ki, bu, Çin həkimlərinin ilk 5G əməliyyatı deyil. Bir həftə əvvəl də Şençjen şəhərindəki xəstəxanada həkimdən 2000 km uzaqda yerləşən xəstənin qara ciyəri əməliyyat olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR