Slimfit
  1. DÜNYA

Çərkəzlər İstanbulda: “Rusiya, Qafqazdan rədd ol!”

Çərkəzlər İstanbulda: “Rusiya, Qafqazdan rədd ol!”
Sakura

Çərkəzlər İstanbulda: “Rusiya, Qafqazdan rədd ol!”

İstanbulun mərkəzində Çərkəz sürgününün ildönümü ilə əlaqədar yürüş keçirilib.

Axar.az xəbər verir ki, bu məlumatı “Kavkaz.Realiyi” saytı yayıb. Məlumata görə, son 15 ildə ilk dəfə yürüş iştirakçılarının şəhərin mərkəzi küçəsi “İstiqlal”dan keçməyə izn verilməyib. Hökumət rəsmiləri diaspor nümayəndələrinin qonşu küçədən istifadə etmələrini istəyib. Yalnız bundan sonra diaspor nümayəndələri Rusiyanın İstanbuldakı Baş Konsulluğuna doğru yönəliblər. Çərkəzlər yürüş zamanı “Rusiya, Qafqazdan rədd ol”, “Qafqaz bizimdir, bizim qalacaq” şüarları səsləndiriblər.

Konsulluğun qarşısında isə yürüş iştirakçılarının hamısının binaya yaxınlaşmasına icazə verilməyib. Polis yalnız beş iştirakçının konsulluğun binasının qarşısına çələng qoymasına razılıq verib.

Sayt Türkiyə hökumətinin belə addımının diaspor üçün gözlənilməz olduğunu və onlarda təəccüb yaratdığını bildirib. Diaspor nümayəndələri isə Ankaranın onlara qarşı belə addım atmasını Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasıyla əlaqələndirib.

Qeyd edək ki, Çərkəz sürgünü hər il mayın 21-də dünyanın müxtəlif yerlərində qeyd edilir.

Sürgün 1864-cü ildə yaşanıb. Belə ki, həmin tarixdə Rusiya Şimali Qafqazdan çərkəzlərin və abxazların böyük köçünə başlayıb. Bunun da nəticəsində 1,5 milyon insan ana yurdundan uzaqlaşdırılıb. Deportasiya nəticəsində 400 min, bəzi rəqəmlərə görə, 600 min (çərkəzlərin dörddə üçü) insan həlak olub. Rusiyanın köçürdüyü çərkəzlərin böyük hissəsi Osmanlı ərazisində məskunlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR