Dərc edildi: Baxış sayı: 307
Cənubi Sudanın vitse-prezidenti koronavirusa yoluxdu
Cənubi Sudanın birinci vitse-prezidenti Riek Maşar və həyat yoldaşı koronavirusa yoluxub.
“Report”un məlumatına görə, onların koronavirus analizi müsbət nəticə verib.
Qeyd olunub ki, Riek Maşarın işçiləri və cangüdənləri də koronavirusa yoluxub.
Xatırladaq ki, ölkədə 194 nəfərdə COVID-19 aşkarlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət