Dərc edildi: Baxış sayı: 510
Cənubi Koreyada koronavirusdan sağalan 91 nəfərdə yenidən koronavirus aşkarlanıb
Cənubi Koreyada yeni növ koronavirusdan (COVİD-19) sağalan 91 nəfərdə yenidən koronavirus aşkarlanıb.
Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, belə tendensiyanın səbəbi hələki məlum deyil.
Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin rəhbəri Çon Yen Kyon bildirib ki, bəlkə də bu, təkrar yoluxma deyil, koronavirusun reaktivləşməsidir.
Koreya Universiteti yanında Quro xəstəxanasının professoru Kim Vu Cu qeyd edib ki, sağalan şəxslərdə yenidən koronavirusun aşkarlanması artacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət