Dərc edildi: Baxış sayı: 513
Cənubi Koreyada artıq 260 min nəfər “5G” şəbəkəsindən istifadə edir
Cənubi Koreya “5G” mobil rabitə şəbəkəsinin istifadəyə verildiyi ilk ölkələrdən biridir. Amma hələ ki yalnız ölkənin paytaxtında yüksəksürətli mobil rabitədən istifadə etmək mümkündür.
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, mənbənin məlumatına görə, Cənubi Koreyada artıq 260 mindən çox istifadəçi “5G” texnologiyasından istifadə edir. Müvafiq şəbəkələr üç provayder (“Korea Telecom”, “SK Telecom” və “LG U ”) tərəfindən istifadəyə verilib. “Korea Telecom” provayderinin payına təxminən 100 min istifadəçi, 160 min istifadəçi isə digər iki provayderin payına düşür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət