Dərc edildi: Baxış sayı: 549
Cənubi Kipr və ABŞ memorandum imzaladı
Cənubi Kipr və ABŞ müdafiə sahəsində gələcək əməkdaşlıq məqsədi ilə anlaşma memorandumu imzalayıb.
Axar.az TASS-a istinadən xəbər verir ki, memorandumu Kipr Xarici İşlər naziri Nikos Kristodoulides və ABŞ Dövlət Katibi Mayk Pompeo imzalayıb.
Qeyd edək ki, sənəd təhlükəsizlik və müdafiə sahələrində ikitərəfli əməkdaşlıq çərçivəsində Larnaka şəhərində “Kipr torpaq, dəniz və liman təhlükəsizliyi mərkəzi” (CYCLOPS) adlanacaq təhsil mərkəzi yaratmaq məqsədi ilə imzalanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət