Slimfit
  1. AVTO VƏ MOTO

Cenevrədə avtosərgi gələn il niyə baş tutmaya bilər?

Cenevrədə avtosərgi gələn il niyə baş tutmaya bilər?
Sakura

Cari ildə tədbirin qəfil ləğvi səbəbindən ciddi maliyyə itkisinə uğradılar

Cenevrədəki ən böyük avtomobil sərgisi gələn il baş tutmaya bilər. "AVTO KLUB AZƏRBAYCAN"ın əldə etdiyi məlumata görə, bunun hamısı koronavirus pandemiyasının vurduğu iqtisadi nəticələrdədir.

Cenevrədəki bu baharda reallaşdırılmalı olan avtomobil sərgisi ziyarətçilərin və iştirakçıların koronavirus infeksiyası ilə yoluxma riski səbəbindən ləğv edildi. Bu, sərginin açılışından bir neçə gün əvvəl baş verdi. Sonra bir çox avtomobil şirkəti yeniliklərini onlayn formatda təqdim etdi və bəziləri sərgini tamamilə təxirə saldı.

İndi məlum oldu ki, 2021-ci ildə sərgi yenə baş tutmaya bilər. Bu dəfə sırf iqtisadi səbəblər üzündən. Məsələ burasındadır ki, PalExpo-da avtosərginin təşkilatçıları bu ilki tədbirin qəfil ləğvi səbəbindən ciddi maliyyə itkisinə uğradılar. İlkin məlumatlara görə, itkilər 10 milyon avrodan çox olub.

Buna baxmayaraq, İsveçrə höküməti ekspozisiyanın təşkilatçılarına 16,8 milyon frank məbləğində kredit ayırmağa razılıq verdi, lakin sonuncular kredit şərtlərinin qəbuledilməz olduğunu əsas gətirərək bundan imtina etdilər. Əgər razılığa nail olmaq mümkün deyilsə, Cenevrədəki 2021 sərgisi çox güman ki, yenidən ləğv ediləcəkdir.

Mənbə: AVTO KLUB AZƏRBAYCAN

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR