Slimfit
  1. AVTO VƏ MOTO

Cenevrə avtomobil sərgisindən 8 inanılmaz avtomobil

Cenevrə avtomobil sərgisindən 8 inanılmaz avtomobil
Sakura

Cenevrə avtomobil sərgisindən 8 inanılmaz avtomobil

Hər il keçirilən Cenevrə avtomobil sərgisi ənənəvi olaraq mart ayının əvvəlində başlayıb.

Palexpo kompleksinə gələnlər növbəti dəfə avtomobil sənayesi dünyasından ən dəbdəbəli və texnoloji yeniliklərə şahid olublar. Şəxsi təyyarə qiymətinə avtomobil necədir? Ya da jest və səslə idarə edilən futuristik krossover?

Biz sizi təəccübləndirəcək dünya avtomobil brendlərinin inanılmaz məhsullarını topladıq. Onların arasında rus avtomobili də var.

Bugatti La Voiture Noire

Nə ilə təəccübləndirəcək? - Qiyməti ilə.

Əsas məsələdən başayaq - Chiron kupesi bazasında hazırlanmış superkarın nominal dəyəri 11 milyon avrodur. Hətta sizdə nağd vəsait olsa belə, avtomobili ala bilməyəcəksiniz. O, artıq vergilər daxil olmaqla. 16,5 milyon avroya satılıb.

Nə üçün belə baha? 1500 at gücü 1600Nm fırlanma anına malik 8 litrlik W16 kvad-turbo, məhdud seriya (hələlik cəmi 1 nümunə) və haqqında Bugatti nümayəndələrinin söyləmədiyi tamamilə eksklüziv daxili salon dizaynı.

Peugeot 208

Nə ilə təəccübləndirəcək? - Dizaynı ilə.

Tamamilə yeni effektiv xarici görünüşlü subkompakt şəhər hetçbeki ancaq 4 qapılı versiyada satılacaq. Çoxsaylı interyer və güc aqreqatı (o cümlədən elektrik) variantı olacağına söz veriblər.

Avtomobilin arxa tərəfinin dizaynı xüsusi diqqətə layiqdir. Arxa bumper əyilməsini mütəxəssislər uzun müddət müzakirə edəcək. Cəsarətli qərardır.

POLESTAR 2

Nə ilə təəccübləndirəcək? - Komplekti ilə.

Müstəqil Volvo brendindən ilk tam elektrik avtomobili jurnalistlər tərəfindən Tesla Model 3-ə real rəqib qismində qiymətləndirilib. Tamamilə məntiqli müqayisədir.

Volvo XC40 krossoveri bazasında layihələndirilmiş kompakt beş qapılı liftbek 408 at gücü və 78 kvT/s güclü akkumulyatorlu iki elektrik mühərriki ilə təchiz olunmuşdur. Başqa sözlə desək, gediş ehtiyatı 2019-cu ilin standartlarına uyğun - 500km təşkil edir.

Ən maraqlısı isə əlavə seçimlər və kiçik xırdalıqlarda gizlənir: Phone-as-Key funksiyası, Android bazasında multimedia sisteminə malik 11 düymlük vertikal displey, çərçivəsiz arxa görüntülü yan güzgülər və matrisli led faralar (hətta əsas versiyasında belə). Effektli və effektivdir.

AURUS SENAT

Nə ilə təəccübləndirəcək? - İstehsalçı ölkə ilə.

İçərisində xoş salonu olan avtomobil özlərinin istehsalı olan V8 benzin mühərriki ilə təchiz olunub.

Təəssüf ki, rus “bentli”sinin qiyməti haqqında heç nə məlum deyil. Şayələrə görə, o, rəqiblərinin - Bentley Flying Spur və Mercedes-Benz Maybach səviyyəsində olacaq. Aurus konveyerində 2020-ci ildə olacaq.

Honda e Prototype

Nə ilə təəccübləndirəcək? - Enerji doldurma vaxtı ilə.

Yapon mühəndislərindən ikiqat zərbə - əlavə sürətlə doldurula bilən batareyalı, maraqlı görünüşə malik şəhər elektrik konsepsiyası. Bu iki məqam avtomobilin kütləvi istehsalına başlaması üçün əsas ola bilər.

Batareyanı 80%-ə qədər cəmi 30 dəqiqəyə doldurmaq olar. Tam ehtiyat cəmi 200km üçün bəs edəcək, amma e Prototype modelinin şəhər variantı üçün bu maraqlıdır.

Konsept minimal interyerə malik olsa da, sürüşən qapı tutacaqları, ənənəvi arxa görüntü güzgülərini əvəz edən effektiv kameraları ilə cəlbedici görünür.

Mercedes-Benz EQV Concept

Nə ilə təəccübləndirəcək? - Mikroavtobus üçün effektli xarici görünüşü ilə.

Mercedes-Benz şirkəti Cenevrə Beynəlxalq sərgisinə özünün elektrik avtomobil xəttindən növbəti modelini gətirdi. Bu dəfə bu Concept EQV adlı effektiv mikroavtobus oldu.

Şirkətin digər elektrokarlarına tanış olan qəşəng optika, son illər üçün adi olan salon interyeri və 100 kVt/s həcmli böyük batareya.

Gələcəkdən olan V-Class.

Skoda Vision iV Concept

Nə ilə təəccübləndirəcək? - Skoda üçün aqressiv dizaynı ilə.

Vision iV krossoveri aqressiv, parlaq xarici görünüşə malikdir və ümumi gücü 306 at gücünə malik iki elektrik mühərriki ilə təchiz olunmuşdur. Batareyalar 500km yürüş üçün kifayət edəcək, yarım saata onu 80%-ə qədər doldurmaq mümkündür.

Salon və əlavələr hələlik gələcəkdən olan qadcetə bənzəyir. Konsepsiya jestləri və səs əmrlərini tanıyır, sürücünün nəbzini və ümumi vəziyyətini nəzarətdə saxlayır, avtonom yürüyə bilir və sərbəst şəkildə park edə bilir, həmçinin yol hərəkətinin digər nümayəndələri ilə “ünsiyyətdə ola bilir”.

Konsepsiyanın seriyaya keçəcəyi barədə heç bir məlumat verilmir.

Aston Martin Lagonda

Nə ilə təəccübləndirəcək? - Konsepsiyası ilə.

Aston Martin şirkəti Cenevrədə All-Terrain Concept növbəti seriya krossoverini, həmçinin zövqlü Lagonda premial brendini təqdim etdi.

Birmənalı olmayan, brosk dizaynı, avtopilot,qoşduqda sürücü və ön sərnişin öz oturacaqlarını gedişə əks istiqamətə çevirmək və ön oturacaqlar arasındakı maqnitli sahədə olan açar.

Ceyms Bondun növbəti macəraları haqqında film üçün ideal dəstdir.

 

Mənbə: www.iphones.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR