Slimfit
  1. DÜNYA

Cənazə evləri koronavirusda şübhəli bilinən alimin “ovuna” çıxdılar

Cənazə evləri koronavirusda şübhəli bilinən alimin “ovuna” çıxdılar
Sakura

Cənazə evləri koronavirusda şübhəli bilinən alimin “ovuna” çıxdılar

Meksikada yaşayan Çin əsilli professor Suanvu Quonun koronavirusa yoluxması barədə ehtimallar yarandıqdan sonra yerli cənazə evləri alimin “ovuna” başlayıb.

Bu barədə “NotiGAPE” xəbər verib.

S.Quo Meksikada koronavirus xəstəliyinə yoluxduğu ehtimal olunan ilk şəxsdir. Simptomlar aşkar edildikdən sonra professor həkimlərlə əlaqə saxlayaraq evində təcrid olunub.

 

Qeyd olunur ki, alimin ailəsi hazırda Çinin karantində olan Uxan şəhərində yaşayır.

Daha sonra test nəticələri şübhəli infeksiyanı təkzib edib. Bununla belə, adı mediada hallandıqdan sonra, yerli cənazə evləri alimin “ovuna” çıxaraq, israrla ona öz xidmətlərini təklif etməyə başlayıblar.

“Elektron poçt ünvanım və telefonumu necə əldə etdiklərini bilmirəm. Ancaq məni çox əsəbiləşdirirlər”, - deyə professor qəzəblə bildirib.

S.Quo onu da vurğulayıb ki, hazırda əlaqə saxlaya bilmədiyi qohumlarına görə çox narahatdır.

Son məlumatlara görə, dünyada 876 nəfər 2019-nCoV virusuna yoluxub, o cümlədən 41 ölüm hadisəsi var. Xəstəlik Çində başlayıb, ancaq artıq Yaponiya, Cənubi Koreya, Tailand, Fransa, Avstraliya və ABŞ-da da aşkar edilib. Çin hökuməti xəstəliyin yayılmasını məhdudlaşdırmaq üçün 10 şəhərdə karantin elan edib, həmçinin Çin Yeni ilin qeyd olunması şərəfinə böyük tədbirləri ləğv edib.

Qeyd edək ki, Çində koronavirusa yoluxan bir xəstə müalicə edilib. Virusun qaynağının ilan və yarasalar olduğu ortaya çıxıb, koronavirusun sürətlə yayılmasının Çində heyvandarlıq sənayesinin yetərli səviyyədə inkişaf etməməsi ilə əlaqələndirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR