Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Cəmşid Naxçıvanski adına hərbi lisey

Cəmşid Naxçıvanski adına hərbi lisey
Sakura

Cəmşid Naxçıvanski adına hərbi lisey — Azərbaycanda hərbi lisey

Azərbaycan Kommunist Partiyası Mərkəzi Bürosunun qərarı ilə 19 aprel 1971-ci ildə yaradılmışdır.

Liseyi bu günədək 8909 nəfər bitirib. Onlardan 10-u general, 1-i isə admiral ali rütbəsinə qədər yüksəlib. Onlarla yetirməsi Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub. Onlardan 9-u Azərbaycanın Milli Qəhrəmanıdır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1998-ci ilin martında liseyin Naxçıvan filialı açılmışdır.Açılmış filiala daha sonra Heydər Əliyevin adı verilmişdir.

Tarixi şərait

Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər.[2] Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı. Lakin onlar əsasən xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərilirdilər. Yalnız II Dünya müharibəsi illərində canlı qüvvəyə olan ehtiyac səbəbindən SSRİ-nin bütün müsəlman xalqları kimi azərbaycanlıların da ön cəbhəyə göndərilməsinə icazə verildi.

Yaranması

1971-ci ildə SSRİ-də hərbi təmayüllü iki internat məktəbi vardı: Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər. Lakin, tədrisin rus dilində olması və uzaqda yerləşmələri orada azərbaycanlıların təhsil almasını çətinləşdirirdi.

Azərbaycan Maarif Nazirliyi və respublika hərbi komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel tarixli qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırladı. Bu müraciət dərhal müzakirə olunur və 20 iyul 1971-ci ildə "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında" Azərbaycan KP MK bürosu qərar qəbul edir. 1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verilir.

Əhəmiyyəti

Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Bu gün məktəb müasir texniki vasitələr, laboratoriyalar, kompüter otaqları ilə təchiz edilib.

Liseyə qəbul qaydaları

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019/2020-ci tədris ili üçün kursant qəbulu qaydaları

I. ÜMUMİ MÜDDƏALAR: Tədris dili: Azərbaycan dili; Təhsil forması: əyani; Təhsil müddəti: 2 il; Yaş həddi: 15 sentyabr 2021-cu ilə qədər 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan, qəbul ilində ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər. Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.

II. SƏNƏDLƏRİN QƏBULU: hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2019-cu il tarixdən ərizə ilə hərbi liseyin rəisinə müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: – şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə); – oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli; – doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; – sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə; – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış; – 6 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə ; – valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri; – burunətrafı boşluqların rentgenoqrafiyası; sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ; – qanın ümumi analizi, qan qrupu və rezus-faktor; – qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri;

    – qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;

    – sidiyin ümumi analizi;

    – nəcisdə heylmintlərin yumurtalarının müayinəsinə aid tibbi sənəd;

    – dizenteriya qrupuna dair müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə;

   – psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

    – xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar, ambulator xəstənin tibbi kartı (olunmuş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibb kartası – forma № 26/U).

Ümumi orta təhsil haqqında attestat, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin əsli namizəd tərəfindən şəxsən təqdim edilir.

III. HƏRBİ LİSEYLƏRƏ QƏBUL İKİ MƏRHƏLƏDƏ HƏYATA KEÇİRİLİR: Birinci mərhələdə namizədlər müraciət etdikləri hərbi liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir. Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət “3”-dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir. İkinci mərhələdə namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

    – Azərbaycan dili;

    – riyaziyyat;

    – fizika;

    – kimya.

Namizədlər hərbi liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı əsasında qəbul edilirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR