Dərc edildi: Baxış sayı: 577
Çempionlar Liqasınının qaliblərinə qızıl “iPhone” bağışladılar
Çempionlar Liqasının qalibi olan “Liverpul”un rəhbərliyi futbolçuları və məşqçi heyətini özünəməxsus şəkildə mükafatlandırıb. Pul bonusundan və hədiyyələrdən başqa, onlara qızıl telefon da bağışlayıblar.
Bizimyol.info xəbər verir ki, baş məşqçi və 28 futbolçuya mükafat təqdim olunub. Onlara qızıl örtüklü “iPhone X” veriblər. Smartfonun qiyməti 3,5 min funt sterlinqdir (təxminən 4550 dollar).
Telefonların üzərində futbolçuların soyadları və “Liverpul”dakı nömrələri əksini tapıb. Bundan başqa, kubokun və Çempionlar Liqasının loqotipini də görmək mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət