Dərc edildi: Baxış sayı: 426
Çempionlar Liqasının finalı üçün yeni tarix təklif olundu
UEFA Çempionlar Liqasının finalı iyulun sonu və ya avqustun əvvəlində keçirilə bilər.
"Report"un məlumatına görə, bu barədə "A Spor"a açıqlamasında Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Servet Yardımcı deyib.
Onun sözlərinə görə, İstanbuldakı həlledici qarşılaşma ilə bağlı bu gün UEFA rəhbərliyi ilə videokonfrans keçiriləcək.
Qeyd edək ki, UEFA 2 gün əvvəl avrokubok oyunlarının qeyri-müəyyən müddətədək təxirə salındığını açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət