Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşdi
UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün ən yaxşı qolu ilə bağlı azarkeşlər arasında keçirilən səsvermənin nəticələri açıqlanıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu bu nominasiya üzrə qalib olub.
Sorğuda iştirak edənlərin 400 000-dən çoxu portuqaliyalı forvardın 1/4 final mərhələsinin cavab oyununda (2:1) Fransa "Lion"unun qapısından keçirdiyi qolu mükafata layiq görüb.
İkinci sırada Almaniya "Leyptsiq"inin yarımmüdafiəçisi Marsel Zabitserin Rusiya "Zenit"inə (2:1) vurduğu qol yer alıb.
Ronaldunun komanda yoldaşı Xuan Kuadradonun İspaniya "Atletiko"su ilə matçdakı (2:2) qolu isə 3-cü olub.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının qalibi finalda Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edən Almaniyanın "Bavariya" klubu olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət