Dərc edildi: Baxış sayı: 309
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Report"un məlumatına görə, azarkeşlər tərəfindən aparılan səsvermədə bu ada Almaniyanın "Bavariya" klubunun futbolçusu Serj Qnabri layiq görülüb.
24 yaşlı yarımmüdafiəçi qrup mərhələsinin II turunda İngiltərədə "Tottenhem"lə matçda 4 qol vuraraq pokerə imza atıb.
Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 7:2 hesablı qələbəsi ilə bitib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət