Dərc edildi: Baxış sayı: 302
Çempionlar Liqasında 8000-ci qol vurulub
Futbol üzrə Çempionlar Liqasında 8000-ci qol vurulub.
"Report"un məlumatına görə, yubiley qolu İspaniyanın paytaxtı Madriddə "Atletiko" ilə Belçika "Brügge"si arasında keçirilmiş A qrupunun II tur matçına təsadüf edib. Meydan sahiblərinin hücumçusu Antuan Qrizmannın 67-ci dəqiqədə vurduğu ikinci top tarixə düşüb. Görüş isə "Atletiko"nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin startınadək qapılara 7912 qol vurulmuşdu. Tarixdə ilk qolu isə məhz "Brügge"nin hücumçusu Daniel Amokaçi 25 noyabr 1992-ci ildə Rusiya MOİK-inin qapısından keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət