Slimfit
  1. İDMAN

Çempionlar Liqasına 2 klubla qatılmaq hüququ verildi - Azərbaycana

Çempionlar Liqasına 2 klubla qatılmaq hüququ verildi - Azərbaycana
Sakura

Çempionlar Liqasına 2 klubla qatılmaq hüququ verildi - Azərbaycana

Avropa Voleybol Konfederasiyası (CEV) kişi və qadınlar arasında avrokubok reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, cədvəllərə əsasən voleybol üzrə avrokubokların 2020/21 mövsümündə ölkələrin təmsilçi sayı dəqiqləşib. 

Bu, başa çatan 3 ilin reytinqinə əsasən müəyyənləşib. Belə ki, reytinqdə 2016/17, 2017/18 və 2018/19 mövsümlərinin nəticələri əksini tapıb.

 

Azərbaycanın həm kişi, həm qadınlar arasında keçirilən qitəmiqyaslı klub turnirindəki təmsilçi sayı da dəqiqləşib. Ölkəmiz yeni mövsümdə Avropada 4 klubla iştirak etmək hüququna malikdir. Bunlardan ikisi kişi, ikisi qadın komandaları olmalıdır.

Qadınların Çempionlar Liqasında 57,33 xalla Avropanın 12-cisi olan Azərbaycan ötən illə müqayisədə 7 pillə geriləyib. Bu da yalnız 1 klubla mübarizə aparmaq imkanı verir. Əslində, bu əmsal və mövqe çempionumuzun IV təsnifat mərhələsində çıxış etmək imkanı verir. Lakin koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə qitənin ən nüfuzlu klub turnirində IV mərhələdə təmsil olunmadığımızdan Azərbaycan komandası ilk raunddan yarışa qoşulacaq.

Kişilər arasında ölkə çempionu da qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ilk mərhələdən başlayacaq. Reytinq xalı olmayan və siyahıda 33-cü pillədə qərarlaşan ölkəmizin mövsümə belə başlaması təbiidir. Ötən il bu cədvəldə 30-cü olan voleybolçularımız üç pillə geriləyib.

Kişi voleybolçularımız CEV və “Çelenc Cup”ın birgə reytinqində də mövqeyini əldən verib. Bir pillə geriləyən ölkəmiz 19,00 xalla qitənin 34-cüsüdür. Bu isə yalnız 1 komanda ilə təmsil olunmaq imkanı verir. Həmin komanda “Çelenc Cup”da mübarizə aparacaq.

Qadınların bu 2 yarış üçün tərtib olunan cədvəlində mövqeyimiz daha çox pisləşib. 21,00 xala malik ölkəmiz 13 addım geriləməklə 30-cü yerə yuvarlanıb. Bu da bir klubumuzun “Çelenc Cup”da qüvvəsini sınamasına imkan verir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR