Slimfit
  1. İDMAN

Çempionlar Liqası: Messi və Levandovski həftənin oyunçusu adına namizəd olublar

Çempionlar Liqası: Messi və  Levandovski həftənin oyunçusu adına namizəd olublar
Sakura

Çempionlar Liqası: Messi və Levandovski həftənin oyunçusu adına namizəd olublar

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, iddiaçıların tərkibi qrup mərhələsinin V tur qarşılaşmalarının yekunu əsasında müəyyənləşib. Siyahıya Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski, İspaniya "Barselona"sından Lionel Messi, Fransanın PSJ klubunun qapıçısı Keylor Navas və İtaliya "İnter"inin forvardı Romelu Lukaku düşə bilib.

Levandovski Serbiyada "Srvena Zvezda"nı məğlub etdikləri görüşdə (6:0) dörd qol vuraraq poker edib. Keylor Navas İspaniyada "Real Madrid"lə bərabərə qaldıqları oyunda (2:2) qurtarışları ilə yadda qalıb. 

Messi Almaniyanın "Borussiya" klubunu evdə məğlub etdikləri (3:1) qarşılaşmada bir qol və iki məhsuldar ötürmənin müəllifi olub, Lukaku isə Çexiyada "Slaviya"ya (Praqa) qalib gəldikləri görüşdə bir qol vurub və iki məhsuldar ötürmə edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR