Dərc edildi: Baxış sayı: 491
“Çelsi”nin keçmiş futbolçusu baş məşqçi olacaq
Futbol üzrə Argentina millisinin sabiq futbolçusu Ernan Krespo vətənində “Banfild”in baş məşqçisi olacaq. Bu barədə klubun prezidenti Oksar Tuker “Twitter” vasitəsi ilə bildirib. O, 43 yaşlı mütəxəssislə razılıq əldə olunduğunu vurğulayıb. Argentinanın yüksək dəstəsində çıxış edən “Banfild” 15 turdan sonra 21 xalla 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, Krespo futbolçu karyerası ərzində vətənində “River Pleyt”, İtaliyada “Parma”, “Latsio”, “Milan”, “İnter”, “Cenoa” və İngiltərənin “Çelsi” komandalarının formasını geyinib. O, indiyədək “Parma”nın gənclər və “Modena”nın əsas komandasına rəhbərlik edib.
Mənbə: SİA
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət