Slimfit
  1. İDMAN

“Çelsi”nin baş məşqçisi komandadan gedə bilər

“Çelsi”nin baş məşqçisi komandadan gedə bilər
Sakura

“Çelsi”nin baş məşqçisi komandadan gedə bilər

Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda İngiltərənin digər təmsilçisi “Arsenal”ı 4:1 hesabı ilə məğlub edən “Çelsi” klubu ilə çempionluq sevinci yaşayan Mauritsio Sarri öz gələcək fəaliyyəti haqqında danışıb.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, italyan baş məşqçi bu qələbəyə baxmayaraq, klubu tərk edə biləcəyini açıqlayıb.

Bildirib ki, geridə qalan mövsümdə “Çelsi” ölkə çempionatında uğursuz nəticələr əldə edərək xeyli xal itirib. Hazırda Mauritsio Sarrinin adı İtaliya “A seriyası”nın son çempionu və baş məşqçi postu boş qalan “Yuventus”la hallanır.

Mayın 29-da keçirilən Avropa Liqasının final görüşündən sonra italiyalı mütəxəssis bunları söyləyib: “Klub rəhbərliyi ilə danışmalıyam. Mövsüm artıq başa çatıb. Çalışdığım hər komandada mövsüm sonunda danışıqlar aparıram. Klubun mənim üçün və mənim klub üçün daha yaxşı nə edə biləcəyimi anlamalıyım. Bir neçə gündən sonra bu barədə qərar verəcəyik. Lakin mənim “Çelsi” ilə hələ müqaviləm var və bəxtim gətirib ki, dünyanın ən yaxşı çempionatının ən yaxşı klublarından birində, bu komanda da çalışmışam. İndi xoşbəxtəm, amma, əlbəttə ki, klubun da xoşbəxt olub-olmadığını və daha güclü ola biləcəyimiz haqda bilmək istəyirəm. “Çelsi”nin baş məşqçisi olmağa layiqəm, amma bu, təkcə mənim fikrimdi, mənim fikrim isə kifayət etmir”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR