Dərc edildi: Baxış sayı: 446
'Çelsi'nin baş məşqçisi 20 ildən sonra həmyerlisinin nailiyyətini yeniləyə bilər
Bakıda keçiriləcək Avropa Liqasının final oyunu İngiltərənin "Çelsi" komandasının baş məşqçisi Mauritsio Sarri üçün əlamətdar ola bilər.
"Report"un məlumatına görə, "zadəganlar" həlledici görüşdə Londonun digər təmsilçisi "Arsenal"ı məğlub etsə, 20 ildən sonra ilk dəfə italiyalı baş məşqçi turnirin qalibi olacaq.
Son olaraq 1998/1999 mövsümündə Alberto Malezani bu uğuru təkrarlaya bilib. O, "Parma" ilə finalda İtaliya "Latsio"sunu 3:0 hesabı ilə məğlub edərək titula sahib olub.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət