Dərc edildi: Baxış sayı: 468
"Çelsi" Dortmund "Borussiya"sının futbolçusunu 64 milyon avroya transfer edib
İngiltərənin “Çelsi” klubu Dortmund “Borussiya”sının futbolçusu Kristian Pulişiçi transfer edib.
“Report” Almaniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, londonlular ABŞ millisinin 20 yaşlı cinah yarımmüdafiəçisi üçün 64milyon avro ödəyiblər. Lakin o, yeni klubuna yayda qoşulacaq.
Pulişiç 2019-cu ilin iyununa qədər icarə əsasında Dortmund komandasının formasını geyinəcək.
Qeyd edək ki, Pulişiç 2016-cı ilin yanvarından “Borussiya”da çıxış edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət