Slimfit
  1. AZƏRBAYCAN

Cəlilabadda qeyri-adi kartof yetişib

Cəlilabadda qeyri-adi kartof yetişib
Sakura

Cəlilabadda qeyri-adi kartof yetişib

Cəlilabad rayonunda fərdi təsərrüfatda qeyri-adi formalı kartof yetişib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bədirli kəndində, Həsən Quliyevin təsərrüfatında qeydə alınıb.

Fermer uzun illərdir kartof əkini ilə məşğul olsa da, ilk dəfədir təsərrüfatında ürək formasında kartof yetişdiyini bildirib. 

O həmçinin qeyd edib ki, kartof görənlərin təəccübünə səbəb olur.

Qeyd edək ki, Cəlilabad rayonu Azərbaycanda kartofçuluq rayonu kimi tanınır. Təkcə bu il Cəlilabaddan Rusiya bazarlarına 25 min ton kartof ixrac olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR