Slimfit
  1. AZƏRBAYCAN

Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilib

Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilib
Sakura

Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar ümumrayon tədbiri…

 Cəlilabadda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov rayon sakinlərini qarşıdan gələn əlamətdar gün və Yeni il bayramı münasibətilə təbrik edib.

2019-cu ilin xalqımız, o cümlədən cəlilabadlılar üçün uğurlu olduğunu qeyd edən N.Zeynalov yola saldığımız ildə rayonda həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən, qarşıda duran vəzifələrdən danışıb.

Bildirib ki, 31 dekabr tarixi Azərbaycan xalqının ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Həmrəylik gününün dövlət bayramı statusunu alması, dünya azərbaycanlıları birliyinin formalaşdırılaraq bugünkü səviyyəyə çatması üçün ulu öndər Heydər Əliyevə borcluyuq.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılarda milli ruhun yüksəlməsi ilə əlaqədar səmərəli və ardıcıl fəaliyyəti ilə, milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına əlverişli şərait yaratmaqla dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.

Tədbirdə il ərzində rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərin bir qrupuna fəxri fərmanlar təqdim olunub.

Yeni ilin personajları Şaxta baba və Qar qız iştirakçılara Yeni il arzularını çatdıraraq uşaqlarla birgə rəqs edib.

Tədbirdə çıxış edən rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılara xoş ovqat bəxş ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR