Slimfit
  1. ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadə - Ölülər/İkinci məclis

Cəlil Məmmədquluzadə - Ölülər/İkinci məclis
Sakura

Cəlil Məmmədquluzadə - Ölülər/İkinci məclis

Hacı Hәsәnin qonaq otağı. K ә r b ә l a y ı F a t m a x a n ı m vә qulluqçusu Zeynәb evi sәliqәyә salırlar. Nazlı sevincәk gәzir, oynayır, oxuyur.

N a z l ı (sevincәk anasına). Ana, başına dönüm, ana, o qadanı alım, ana, deyirlәr bu gәlәn qonağımız ölülәri dirildir. Qadanı alım, ana, bir de görüm doğrudur, ya yox? (Anasını qucaqlayır).

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay qız, mәn nә bilim? Mәn dә sәnin kimi. Deyirlәr Xorasanda on yüz adam dirildib. Kәrbәlayı Fәtullah әmoğluvu da dirildib. Hәlә mәni ötür, indi qonaqların gәlmәk vaxtıdır, qoy işimi görüm. Ay qız, Zeynәb, tez ol yasdıqları gәtir, bu tәrәfdәn qoy. Bu xalçanı bir az bu tәrәfә çәk. Tez ol! Bir az çәpik tәrpәş!

N a z l ı. Ana, vallah, bilmirәm ağlayım, ya gülüm. Vallah, gör fikrimә nә gәlir. Ana, ürәyimdә bir söz var, qoy deyim (anası dinmir). Ana, vallah, qonağımıza yalvaracağam, onun ayağına düşәcәyәm (ağlaya-ağlaya) mәnim Sara bacımı da diriltsin.

K ә r b a l a y ı F a t m a x a n ı m. Ay qız, nә bilim (Yerә çöküb, üzünü çarqatının ucu ilә örtür vә başlayır ağlamağa).

Z e y n ә b. Ay xanım, sәn allah, ürәyini sıxma, allah kәrimdir (Kәrbәlayı Fatma xanım gözlәrini silib, üzünü açır). Ay xanım, sәn allah, o kişi necә adamdır ki, ölülәri dirildir? Yaxşı, bәlkә imamdı, seyiddi? Bay, allah, kәrәminә şükür. (Bir az dinmәyib). Sәn allah, xanım, bircә bunu sәndәn soruşacaqdım ki, görәsәn o kişi kasıbların da ölüsünü dirildir, ya bircә dövlәtli adamlarınkını? Vallah, xanım, bu gün o qәdәr fikir elәmişәm heç bilmirәm nә qayırıram. Doğrusu (ağlaya-ağlaya) bizim balaca oğlan bu gün yadımdan çıxmır. Elә deyәsәn tifil bu saat qabağımda can verir. Yazıq uşaq ölәndә gözlәrini elә dirәmişdi üzümә ki, deyәsәn mәndәn bir zad istәyir. (Ağlaya-aqlaya çarqatı ilә gözünün yaşını silir).

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ah, vallah, heç özüm dә bilmirәm. Allah rәhim allahdı, әlbәttә bizә dә yazığı gәlәr. Di durma, Zeynәb, get Әliyә de ki, su gәtirsinlәr. Sәn dә ocağın altına bax. (Zeynәb çıxır).

N a z l ı. Ana, ana, vallah, ürәyim bir tikә olub. (Gülә-gülә). Bircә dәfә Sara bacımı görsәydim, ölmәzdim. Ana, axı, sәn bilirsәn mәn Sara bacımı nә qәdәr istәyirdim. Bircә ölmәyәydim, o günü görәydim Sara bu qapıdan girir içәri. Belә atılıb onun boynunu qucaqlayaydım, deyәrdim, ay torpaqların içindә çürüyәn bacı! Vallah, ana, istәyirәm dәli olam. Bilmirәm gülüm, ya ağlayım. Mәn and içirәm allaha, peyğәmbәrә; nәzir elәyirәm ki, hәr nәyim var, paylayım fәqir-füqәraya, bax, paltarlarımı, qızıllarımı, bax, gedib hәr nә var gәtirәcәyәm. (İstәyir qaçıb gedә).

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay qız, hәlә tәlәsmә. Qoy hәlә görәk. Gedib şey-şüyü gәtirib bura tökmә. Qonaqların gәlmәk vaxtıdı. Get Zeynәbә de tez olsun gәlsin.

İ s k ә n d ә r (oxuya-oxuya girir içәri). Hә ... ana, kefin necәdi?

K ә r b ә l a y ı F a t m a x a n ı m. Eh, zәhrimar olsun kefim! Sәnin dәrdin az qalıb mәni çürütsün. Xalqın da uşaqları dәrs oxuyublar. Odu, hamısı ağıllı-başlı adam olublar; hamısı ayıx-şayıx, ağılları başlarında. Hәrәsi özünә görә bir qulluq sahibi olub. Amma sәn gecә kefli, gündüz kefli.... Vallah, el içindә lap biabır olmuşuq. İçirsәn o zәhrnmarı, hәr nә ağlına gәlir, danışırsan. Nә allah tanıyırsan, nә böyük-kiçik tanıyırsan. Hәlә o nә sözdü dünәn Nazlıya demisәn? "Gәl yapışım әlnndәn gedәk, gәzәk". Yoxsa indi dә bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı gәzәlәr? Vallah, dünәn bunu Cәlal mәnә deyәndәn az qalıram elә öz әlimlә bir qәbir qazam, girәm içinә, yaxam qurtarsın.

İ s k ә n d ә r (qah-qah çәkib, yapışır anasının çiynindәn). Daha bundan sonra ölsәn dә, yaxanı qurtara bilmәyәcәksәn. Odu, Şeyx Nәsrullahdı-nәdi, bu gün gәlir. Sәn ölәrsәn, şeyx genә sәni dirildәr. Xa ... xa ... xa!... Daha bundan sonra ölmәknәn dә yaxan qurtarmaz. Xa ... xa ... xa!...

Z e y n ә b vә N a z l ı girirlәr. İskәndәr gedib oturur yasdıqların üstündә, Z e y n ә b istәyir qoymasın.

Z e y n ә b. Oturub yasdıqları әzmә! Sәndәn ötәri bunları bura qoymamışıq! Görmürsәn ki, qonaq gәlir?

İ s k ә n d ә r (Zeynәbә). Hey, Zeynәb, vallah, fәndini duymuşam! (Durur). Qonağın yolunda, bu qәdәr çalışırsan ki, әrin Kәrbәlayı Novruzu diriltsin? Vallahı, fәndini duymuşam. Xa ... xa ... xa!...

K ә r b ә l a y ı F a t m a x a n ı m (İskәndәrә). Ay yazıq, ay başı daşlı! Sәn nәyә inanırsan ki, buna da inanasan? Yazığım gününә! Yaxşısı budu çıx get, qoy işimizi görәk. Ay qız, Zeynәb, gәl bu xalçanın ucunu düzәlt.

N a z l ı (İskәndәrә). Dadaş, sәn allah, barı bu gün özünü yaxşı saxla. Vallah, adam utanır, qonaq-zad gәlәcәk.

M i r B a ğ ı r a ğ a (girib, başmaqlarını çıxardır). Salam әleyküm.

Nazlı üzünü örtüb, qaçıb gedir.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Әleykәssәlam. Ağa, buyur әylәş.

M i r B a ğ ı r a ğ a oturur. İskәndәr qaçır Nazlının dalınca.

İs k ә n d ә r. Ay qız, Nazlı, muştuluğumu ver! Nişanlın gәldi.

K ә r b ә l a y ı F a t m a x a n ı m (İskәndәrә acıqlı). Kәs sәsini! Axmaq-axmaq danışma!

Mir Bağır ağa başını salır aşağı.

İ s k ә n d ә r (gәlib durur Mir Bağırın qabağında). Mәn ölüm, әl ver! Lotusan hәyә, әl ver! Vallah, ruhun var; düz doqquz yaşında; gәrәk bircә tikә artıq olmasın. Quzu әti, şax, tazә-tәr, lәtif, balaca. Ağzından süd qoxusu gәlir. Lәzzәt, lәzzәt! Vallah, ruhun var! Lotusan hәyә, әl ver!

M i r B a ğ i r (İskәndәrә). Ayıbdı, ayıbdı! Heç olmasa, anandan hәya elә, o sözlәri danışma.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Onun hәyası olsa, niyә o sözlәri danışır?

İ s k ә n d ә r (bir az durub, tәәccüblü baxır özünә). Doğrudan, bәlkә mәndә heç hәya yoxdu. (İki әlini ciblәrinә salıb, bir şey axtaran kimi). Baxım görüm, bәlkә hәya ciblәrimdәdi: yox, yoxdur. (Mir Bağır ağaya). Ağa, mәn ölüm, sәn dә bir ciblәrinә bax, bәlkә ciblәrindә ola.

Mir Bağır ağa istәyir dursun ayağa.

Xa ... xa ... xa!... Mәn ölüm incimә! Lotusan hәyә, incimә! Әylәş, әylәş. Bu saat gedib nişanlını gәtirәcәyәm yanına. (Çağırır) Nazlı, Nazlı! (Fatma xanım da durur ayağa).

M i r B a ğ ı r a ğ a (qeyzli çox ucadan). Kәs sәsini, piyan! (istәyir getsin).

K ә r b ә l a y ı F a t m a x a n ı m. Buy, ay uşaq, başıma xeyr! Bu gәdә lap dәli olub. (Ucadan) Adә, Әli, kәl bu sәfehi çıxar sal eşiyә! (Mir Bağır ağa çıxıb gedir)

N a z l ı (girir içәri). Dadaş, vallah, lap biabır olduq. O nә sözlәrdi danışırdın? Ayıb deyil?

İ s k ә n d ә r (çırtıq çala-çala oxuyur vә oynayır).

Bir qız sevmişәm doqquz yaşında...
Sürmә gözündә, rasix qaşında.
Ay can! Ay can! Ay can!...

(Kәrbәlayı Fatma xanım ikiәlli İskәndәrә boğma çıxardıb gedir).

N a z l ı (ucadan). Dadaş, kәs sәsini!

İ s k ә n d ә r (bir az fikir elәyәndәn sonra gedib yapışır Nazlının әlindәn vә gәtirir pәncәrәnin qabağına). Bax, bax, o kimdi?

N a z l ı. Nә bilim? Özün bilirsәn kimdi.

İ s k ә n d ә r. Yaxşı bax! Bax, gör kimdi?

K ә r b a l a y ı F a t m a x a n ı m (gәlib durur qapıda). Ay balam, axı bir bәsdi! Utan, yorul! Axı bir özünә yazığın gәlsin. Axı bir hәya elә. O sözlәri ki, o kişiyә dedin, necә utanmadın? Yazıq kişi xәcalәtindәn dayana bilmәdi, durub getdi. Necә olsa seyiddi, qohumdu. Mәgәr adamın ağzına nә gәlsә danışar? Axı o da yazıqdır, qәribdir; bizdәn savayı onun bu şәhәrdә kimi var?

İ s k ә n d ә r (çırtıq çalıb Nazlını göstәrir). Belә bu şәhәrdә onun Nazlı kimi nişanlısı var.

N a z l ı. Dadaş, and olsun allaha, mәn Mir Bağır ağaya getmәyәcәyәm. Mәn heç kәsә getmәyәcәyәm.

İ s k ә n d ә r. Xa ... xa ... xa!... (gedib yapışır Nazlının әlindәn). Bacım, hәlә sәn uşaqsan. Get dolanginәn, xamsәn hәnuz! Bir gün olar ki, gәlib görәrәm sәnin qabağına bir ayna tutub, çәkә-çәkә aparırlar. Onda tutaq ki, sәn çәm-xәm elәdin. (Özü dә çәm-xәm, elәyәn kimi burulur). Tutaq ki, sәn istәmәdin gedәsәn. O vaxt bir dә görәcәksәn ki, sәni daldan itәlәyib deyirlәr ki, "Dayanma, tez-tez get!" Çönüb baxıb görәrsәn ki, itәlәyәn sәnin atan Hacı Hәsәndir. Bәli, sonra bәlkә gedә-gedә bir dә istәdin ki, dayanıb getmәyәsәn; bir dә görәcәksәn ki, daldan genә bir adam sәni dürtmәlәyir ki: "Dayanma, yeyin yeri!" Çönüb baxıb görәcәksәn ki, bu da sәnin anan Kәrbәlayı Fatma xanımdı. Әgәr, işdi, çox hay-huy elәsәn, yanındakı, әtrafındakı bibilәrin, xalaların, әmilәrin, seyidlәr, mollalar, qonşular, cicilәr, bacılar--hәrә bir yandan sәni mizlәyәcәklәr ki: "Dinmә, kәs sәsini! Xortdan gәlәr sәni aparar!" Bәli, halla-hallaynan sәni aparıb qatacaqlar bir kişinin yanına. Onda daha sәn mәni haradan tapacaqsan? (Çırtıq çalıb oxuyur).

Bir gün olar sәn dә mәni atarsan,
Qurtlarınan aşnalığı qatarsan,
Balam, qatarsan,
Bacım, qatarsan!...

(Bir az dayanıb fikir elәyәndәn sonra, baxır Nazlının vә anasının üzünә). Ana, bәlkә mәn kef havasına bu sözlәri danışıram? (Kәrbәlayı Fatma xanım dinmir. Nazlı gәlib İskәndәri qucaqlayır).

N a z l ı . Dadaş, kefli dә olsan, mәn sәnin sözündәn çıxmanam.

N ö k ә r l ә r (tövşüyә-tövşüyә girib, xәbәr verirlәr). Xanım, çıxın eşiyә, qonaqlar gәlir.

Xanım vә Nazlı qaçırlar otaqdan.

H a c ı H ә s ә n (üstü-başı tozlu, girib tövşüyә-tövşüyә otağın o tәrәfinә, bu tәrәfinә baxır, uzaqdan salavat sәsi gәldikcә ucalır). Allah-taalanın hәr bar bәlası gәrәk bizim vilayәtә nazil ola, Şeyx cәnabları yolda bir az naxoş olub. Bari allah şәfa versin ki, xәcalәt olmayaq. (İskәndәrә). İskәndәr, bu gün qonaqların yanında özünü yaxşı saxla. Ayıbdı, dost-düşmәn var.

İ s k ә n d ә r. Dadaş, bu haman ölü dirildәn şeyxdir ki, gәlir?

H a c ı H ә s ә n. Şeyx Nәsrullah cәnablarıdır. Dәxi vaxtım yoxdur sәnnәn artıq danışmağa. (İstәyir çıxsın). Görüm evdә hәr bir şeyi hazır elәyiblәrmi?

İ s k ә n d ә r. Dadaş, elәdә qonaqdan tәvәqqe elә ki, әvvәl qabaqca mәni diriltsin; çünki elә mәn dә ölü kimi bir şeyәm.

Hacı Hәsәn tez vә dinmәz gәlib yapışır İskәndәrin qolundan vә çәkә-çәkә aparır eşiyә. Salavat sәsi, adamların hay-küyü yaxınlaşır. Tarap-turup, at kişnәmәsi vә qiylu-qal gәldikcә ucalır, H a c ı H ә s ә n bir tәrәfdәn vә Ş e y x Ә h m ә d bir tәrәfdәn, Ş e y x N ә s r u l l a h ı qoltuqlayıb, gәtirirlәr içәri vә oturdurlar döşәyin üstündә vә özlәri çәkilib, әdәblә dururlar kәnarda. H a c ı B ә x ş ә l i, H a c ı K ә r i m, H a c ı K a z ı m, M ә ş ә d i O r u c, M i r B a ğ ı r a ğ a vә h a c ı l a r, otaq tutduqca, c a m a a t üst-başları tozlu, tövşüyә-tövşüyә otağa girib, әdәblә dururlar kәnarda. Şeyx Nәsrullah naxoş kimi heç kәsә baxmayıb, dayanır yastıqlara. İskәndәr adamların içindәn başını çıxardıb baxır. Hacı Hәsәn işarә elәyir ki, çıxıb getsin. İskәndәr yox olur. Şeyx Әhmәd yavaşca gәlir, çökür Şeyx Nәsrullahın qabağında vә dizi üstә yavaşca soruşur.

Ş e y x Ә h m ә d (Şeyx Nәsrullaha). Şeyxәna, әhvalınız indi necәdir?

Şeyx Nәsrullah bir söz demәyib, başını tәrpәdir.

H a c ı H ә s ә n (qorxa-qorxa Şeyx Әhmәdә yavıq gәlib). Şeyx cәnabları izin versin çay gәtirsinlәr.

Şeyx Nәsrullah başı ilә yox işarәsi elәyir.

H a c ı H ә s ә n (qorxa-qorxa). Bәlkә qәndab gәtirsinlәr?

Şeyx Nәsrullah yenә başı ilә işarә elәyir razı deyil.

H a c ı H ә s ә n. Bәlkә şeyx cәnabları tәam buyuralar? Yaxşı cücә-plov bişiriblәr.

Ş e y x N ә s r u l l a h (heç kәsin üzünә baxmayıb yavaşca). Adәmi dәr vәqti-mәrәz iştәhayi-tәam nәmibaşәd. Dil niz dәr vәqti-ibtila bәillәti-hәva vә istilayi-mәrәzi-hübbi dünya, rәğbәt bәzikri-pәrvәrdigar nәmidarәd. Tәam hәrçәnd lәziz başәd vә lakin dәr nәzәri-bimar lәzzәt namidәhәd. Dil niz çün bәmәrәz zatül-sәfәr vәsvәseyi-dünya mübtәla başәd, әz nemәti-bәndәgiyi-xuda vә tәhsili-faideyi-üqba mütәlәzziz nәmigәrdәd. Bәqәdri-matәhzünü lid-dünya yüxrücühümül-axirәtü min qәlbikә vә biqәdri matәhzünü axirәtin yüxrücü hümmüd dünya min qәlbikә.[1]

(Bir az fikir elәyib, baxır Hacı Hәsәnin üzünә vә birdәn dikәlib çığırır). Necә tәam? Necә cücә-plov? (Şeyx Әhmәdә). Şeyx Әhmәd, mәni hara gәtirmisәn? Bunlar necә müsәlmandırlar? Necә mömindilәr? Bu nәdir? (Otağın fәrşlәrini göstәrir). Bu xalilәr nәdir? Necә tәam, necә cücә-plov? Şeyx Әhmәd, mәgәr sәn bunlara demәmisәn ki, mәnim xörәyim gündә bir xurmadır?!

Şeyx Әhmәd vә adamlar qorxub titrәyirlәr.

Ş e y x Ә h m ә d. Bәli, şeyxәna, demişәm.

Ş e y x N ә s r u l l a h (üzünü adamlara tutub çığırır). Bu nәdir, vәlәdüzzina? Nә uymusunuz bu dünyaya? İnnә dünyaküm indi lahövlә min vәrәqәtin fixümmi cәradәtin. Bu nәdir? Nә istәyirsiniz? Nә axtarırsınız? Ölәcәksiniz, әgәrçi şah olasız. Dünyayi-şüma dәr nәzdi-mәn hәr ayinә biqәdrtәr әst әz bәrgi ki, dәr dәhәni-mәlәx başәd[2]. Sizin dünyanız ibarәtdir altı cür lәzzәtdәn: mәtum, mәşrub, mәlbus, mәnkuh, mәrkub vә mәşmum. Vәssәlam! Lakin tәamların әn lәzzәtlisi baldır ki, arının tüpürcәyindәn әmәlә gәlir. İçdiyiniz suyun içindә minlәrcә heyvanat cәmdәyi üzür. Әtirlәrinizin әlası müşkdür ki, ahunun göbәyinin qanından ibarәtdir. Mәrkubatın әşrәfi atdır ki, onu minәn hәmişә xәtadadır. Libasların nәfistәri ipәkdir ki, qurdun üfunәtli ağzından çıxır. O ki, qaldı mәnkuhatın müәzzәm faydaları burada mәtlәb bir az tuldur (bir az sakit olub, yavaşca deyir). Sudmәndtәr daruyi ki, cәrәb xarxari-şahidan gülüzarra füru minişanәd, әmri-tәzvic nikahi-mitәәst. Tәdbirist mәtin dәr mühafizәti-şәhristani-iman әz taraci-türkan, qәmzәhayi canistan hisnisti-hәsini dәr tәqlidi-xuni-fasid[3]. (Çox ucadan). Mәn tәzәvvәcә әhrәzә nisfi dinihi. Yәni hәr kәs ki, tәzvic konәd nisfi-dini-xudra әz şәrri-vәsvasi-şeytani vә fәsadi vә hәvәshai-nәfsani eymәn başәd[4]. (Bir az dayanıb yavaşca), Şeyx Әhmәd, bu camaatın içindә bacılardan heç gözümә dәymir? Deynәn ki, o biçarәlәrә xәbәr versinlәr ki, onlar da buraya gәlib vә pәrdә dalına cәm olub, allah-taalanın hökmlәrini eşitmәkdәn bibәhrә qalmasınlar.
 
Adamlar hәrәkәtә gәlir. Çadraya bürünmüş övrәtlәr tәk-tәk otağa girib, kişilәrin dal tәrәfinә düzülürlәr.

Ş e y x N ә s r u l l a h (ucadan). Әksәrü әhlinnaril-әz-zәb; biştәrin әhli-cәhәnnәm әzabanәnd (yavaşca Şeyx Әhmәdә). Şeyx Әhmәd, mәnim taqәtim yoxdur, sәn bunları başa sal.

Ş e y x Ә h m ә d (camaata). Şeyx cәnablarının fәrmayişindәn belә mәlum olur ki, cәhәnnәm әhlinin çoxsu siğeyi-mütәdәn mәhrum olan kişi vә övrәtlәrdir.

Ş e y x N ә s r u l l a h (Şeyx Әhmәdә). Ucadan de, ucadan de. (Çığıra-çığıra). Dü rükәt nәmazi ki, mütәzәvvic güzarәd behtәr әst әz hәftad rükәt nәmazi ki, әzәb miküzarәd[5]. (Birdәn ayağa qalxıb vә sağ әlini camaata tutub, çox ucadan). Tәzvic kon vә gәr nә әz cümleyi rәhbanani-nәsarayi vә gәr nә әz bәradәrani-şeytani[6].

H a c ı H ә s ә n (qabağa yeriyib, düşür Şeyx Nәsrullahın qabağında sәcdәyә). Şeyxәna, bizә rәhmin gәlsin; biz yazığıq. Biz hәr halda sizin әmrinizә itaәt etmәyә hazırıq. Bizә yazığın gәlsin.

Ş e y x N ә s r u l l a h (bir qәdәr Hacı Hәsәnin üzünә baxandan sonra başlayır ağlamağa). Hәzrәt Davudra bә qәbristani güzar iftadә, mәlәki әzabra did ki, mürdәra әzab mikünәd. Hәzrәt fәrmud[7]. (Dayanıb oturur yerә vә camaat başlayır ağlamağa). Şeyx Әhmәd, danışmağa taqәtim yoxdur.

H a c ı H ә s ә n. Allah şәfa versin!

A d a m l a r. Allah şәfa versin!

Adamların içindәn "çәkil oyza yol ver" sәsi gәlir. H e y d ә r a ğ a, Ә l i b ә y vә müәllim M i r z ә H ü s e y n girirlәr içәri. Şeyx Nәsrullah bunlara göstәrilәn hörmәti görüb, durur ayağa.

Ş e y x N ә s r u l l a h. Şeyx Әhmәd, bu ağalar kimdirlәr?

H a c i H ә s ә n. Şeyxәna! Bu Heydәr ağadır, telğrafxanada sahibmәnsәb vә әhli-elm bir vücuddur. Bu ağa--Әliqulubәydir. Mәşhur Cahangir bәy mәrhumun oğlu; özü dә hakim yanında dilmancdır. Bu cәnab--Molla Hüseyn müәllimdir.

Ş e y x N ә s r u l l a h (әli ilә gәlәnlәrә yer göstәrir, onlar da otururlar). Mәzaci-şәrifiniz inşallah sәlamәtdir?

H e y d ә r a ğ a. Allah-taala siz tәk ülәmanın sayәsini bizim üstümüzdәn әskik elәmәsin.

Ә l i q u l u b ә y. Allah sizә ömür versin.

Ş e y x N ә s r u l l a h. Çün adәmira bә cәnazә güzarәnd vә raqimani-kitabxaneyi-qeybi ibrәtxaneyi-kalbudi-insanra baxameyi-әcәl bәr lövhi-tәxteyi-tabut nigarәnd hәqq-tәala....[8] (Şeyx Nәsrullah birdәn "uy-uy" elәyib, üzünü qırışdırır vә sol әlini qoyur böyrünә).

Adamlar tәәccübә gәlib dinmirlәr. Şeyx Әhmәd genә bir söz demәyib, durur

ayağa vә Hacı Hәsәnә işarә elәyib çıxır. Hacı Hәsәn Şeyx Әhmәdin dalınca çıxandan sonra Şeyx Nәsrullah yenә başlayır moizәsini.

Çehl sual әz u nümayәd. Әz cümleyi on sual: yeki anәst ki, fәrzәndi-alim, zahiri xudra balibashayi-kafiran zinәt dadi vә batini xudra ki, mәhәlli-nәzәri-mәn büvәd vagüzaşti. Nәdanәm ki, dәr cәvabi-in sual çe guyәnd?[9]

H e y d ә r a ğ a. Bәli, cәnab şeyx, biz hәr halda allah-taalanın günahkar bәndәlәrindәnik. (Üzünü adamlara çöndәrib bir az yavaş). Maşallah, cәnab elm dәryasıdır; mәn belә alim görmәmişәm.

A d a m l a r ı n b i r n e ç ә s i. Maşallah, qәribә danışır, lap allah vergisidir.

Ә l i q u l u b ә y (adamlara). Maşallah olsun şeyxin elminә! "Malades!".

Ş e y x N ә s r u l l a h (Heydәr ağaya). Ağayi-mәn, bu şәhәrdә sizdәn savayı da әcnәbi dәrsini oxuyan var, yainki siz iki nәfәrsiniz?

H e y d ә r a ğ a. Xeyr, şeyxәna, yoxdur. Ancaq bir neçә nәfәrik. Doğrudur, Hacı Hәsәn ağanın oğlu da Firәngistanda oxuyub; amma çifayda ki, axırı peşimanlıq olub. Hәqiqәt, cәnab şeyx, әcnәbi millәtlәrin dilini insan bir az öyrәnsә, heç eyib deyil.

Ş e y x Ә h m ә d vә H a c ı H ә s ә n girirlәr içәri.

Amma bir surәtdә ki, müsәlman uşağı illәrlә gedib kafirlәr içindә qaldı, әlbәttә, etiqadı dәyişilәcәkdi.

H a c ı H ә s ә n. Şeyxәna, doğrusu, mәn övladdan yana bәdbәxt olmuşam. Bir qәlәtdir elәmişәm.

Ş e y x N ә s r u l l a h. Hacının oğlu da burada camaat içindәdir?

H a c ı H ә s ә n. Xeyr, cәnab şeyx, xәcalәtindәn sizi görcәk qaçıb gizlәnib. Allah onun üzünü qara elәsin.

Ş e y x N ә s r u l l a h. Әmr bәmәruf hәr müsәlmana vacibdir. Hacı Hәsәn ağa, çağırın oğlunuzu gәlsin; mәn onu görmәk istәyirәm.

Adamlar hәrәkәtә gәlir, Hacı Hәsәn qapıya tәrәf gedir, bir övrәt başlayır ucadan ağlamağa.

Nә istәyir övrәt?

M ә ş ә d i O r u c (bir az qabağa yeriyib). Şeyxәna, bu mәnim anamdı; oğlundan ötrü ağlayır. Oğlu haman Kәrbәlayı Fәtullahdır ki, sizin mәrhәmәtiniznәn Xorasanda dirilib.

A ğ l a y a n ö v r ә t (çadra başında, bir az ağlaya-ağlaya qabağa gәlir). Belә sәnә qurban olum, ay şeyx! Mәn oğlumu sәndәn istәyirәm.

Ş e y x N ә s r u l l a h (çox ucadan). Hәr süxәn cayi, hәr nüktә mәqami darәd.[10]

Ş e y x Ә h m ә d (övrәtә). Ay bacı, çәkil get, şeyxә başağrısı vermә; hәlә o söhbәtin vaxtı deyil.

Hacı Hәsәn yapışıb İ s k ә n d ә r i n әlindn gәtirir. İskәndәr gәlib durur Şeyx Nәsrullahın qabağında vә әllәrini ciblәrinә qoyub baxır onun üzünә.

Ş e y x N ә s r u l l a h. Bәyin ismi-şәrifi nәdir?

H a c ı H ә s ә n. Nökәrinizin adı İskәndәrdir.

Ş e y x N ә s r u l l a h. Pәh, pәh! İskәndәr! İskәndәr! İskәndәri-Rumi! İskәndәri-Zülqәrneyn! Nә gözәl ismdir! İskәndәr, İskәndәr! Hiç yek әz ahadi-xәlqra tәkmili-nәfsi

Hacı Hәsәn Hacı Bәxşәlini işarә ilә çağırır vә hәr ikisi çıxır eşiyә.

vә tәhzibixülq zәruritәr әz mülki-sәlatin nist ki, mәmlәkәt sәddi möhkәm bәstә kişvәri-xatir süknәra zi şәri-yәcuci tәşvişi düşmәnani-şum eymәn kәrdanәd.[11]

Әz әsәri söhbәtәst,
Hәr çi dәr in alәmәst.
Vәrzi küca yafti
Bid bәhayi-nәbat.[12]

İ s k ә n d ә r. Bәli, cәnab şeyx, başa düşdüm.

H e y d ә r a ğ a (Әliqulu bәyә). Görürsәn şutit elәyir.

Ş e y x N ә s r u l l a h (İskәndәrә). Cәnabınız da bir mәnsәb sahibisiniz ya yox?

İ s k ә n d ә r. Xeyr, mәn heç bir şey sahibi deyilәm. Mәnsәb sahibi bu ağalardır. (Heydәr ağanı vә Әliqulu bәyi göstәrir). Mәn ancaq bu meyvәlәrin içindә itburnu gülüyәm.

Ә l i q u l u b ә y (Heydәr ağaya). Yәqin genә keflidi.

Ş e y x N ә s r u l l l a h (İskәndәrә). Belә mәlum olur ki, sizin dәrsiniz bu ağaların dәrsindәn azdır ki, bir mәnsәbә çata bilmәmisiniz.

İ s k ә n d ә r. Bәli, bәli, bunlar elm dәryasıdırlar. İndi dә ki, inşaallah, siz cәnabdan ölü diriltmәk elmini öyrәnәrlәr, onda daha lap alim olarlar, inşaallah!

Ş e y x N ә s r u l l a h (hacılara). Hacı Hәsәn ağa, tәvәqqe edirәm bu biәdәbi buradan kәnar edәsiniz! Bu mürtәd allah-taalanın hikmәtinә istehza elәyir.

Hacı Hәsәn vә qeyrilәri İskәndәri hәdәlәyib, salırlar eşiyә.

H e y d ә r a ğ a. Şeyxәna, onun ağlı başında deyil, çünki gecә-gündüz keflidir.

M i r B a ğ ı r a ğ a. Hәlә kefliliyi qalsın kәnarda, hәlә hicabı da danır. Deyir ki, gәrәk övrәtlәr üzüaçıq gәzәlәr.

Ş e y x N ә s r u l l a h (çox ucadan). Necә?

H a c ı K ә r i m. Xeyr, Mir Bağır ağa, o qәlәti elәyә bilmәz.

M i r B a ğ ı r a ğ a. Necә elәyә bilmәz? Hazır dünәn mәgәr doqquz yaşında bacısına demәyib ki, dur çıxaq küçәyә gedәk, gәzәk. Nә bilim, gün çıxıb, çiçәklәr açıb. Mәn öz qulağımnan eşidmişәm.

Ş e y x N ә s r u l l a h (durur ayağa). Vaveyla, vaveyla! (Adamlar hәrәkәtә gәlir vә hamı qalxır ayağa, Şeyx Nәsrullah qapıya tәrәf hücum elәyir). Mәn bu vilayәtdә qala bilmәnәm!

Adamlar qarışır bir-birinә. Hacı Hәsәn tәşvişlә girir içәri vә ağlaya-ağlaya gedib düşür şeyxin ayaqlarına.

H a c ı H ә s ә n. Şeyxәna, mәn yazığam, mәnә rәhmin gәlsin. Nә tәnbeh lazımdır, mәn elәyim; kaş siz mәnim evimdәn narazı getmәyin vә mәni bәdbәxt elәmәyin.

H a c ı l a r. Şeyxәna, siz sakit olun. Biz bu saat onu buradan qovarıq, itilib gedәr cәhәnnәmә!

Adamların bir neçәsi evdәn çıxıb, İskәndәrin dalınca deyinә-deyinә qaçırlar.

H a c ı H ә s ә n (adamların dalınca). Yavaş! Yavaş! Sәbr elәyin. Mәn özüm onun tәnbehini elәrәm. Hacı Bәxşәli, Hacı Kәrim, Hacı Kazım! Cahıl-cuhulu sakit elәyin, mәn özüm o mәlunun öhdәsindәn gәlәrәm (çıxır, otaqda qalır Şeyx Nәsrullah vә Şeyx Әhmәd).

Ş e y x N ә s r u l l a h. Şeyx Әhmәd, mәnim bu İskәndәrdi nәdi, bundan gözüm su içmir.

Ş e y x Ә h m ә d (bir az fikirdәn sonra). Şeyxәna, heç narahat olma, onu buralarda heç adam yerinә qoyan yoxdur. Sәn damağını pozma, işindә ol.

Ş e y x N ә s r u l l a h (bir az fikir elәyib). Şeyx Әhmәd, әvvәlәn, çıx ev sahibinә xәlvәtcә de ki, mәnә bir tikә çörәk gәtirsinlәr. Saniyәn[13], tәvәqqe elә ki, gәlib mәnә yer göstәrsinlәr, rahat olmaq istәyirәm. Vә salisәn[14], (bir az dayanıb) dәxi özün bilirsәn ki, söz yox ki, tәdarük görübsәn. Mәn bu gecә tәk burada qala bilmәnәm, bәdәnim yekcә ağrıyır. Gәrәk ovduram.... Allaha şükür, özün hamısını bilirsәn. Dәxi dayanma, tez ol!
 
Şeyx Әhmәd çıxır, hava başlayır qaranlıqlaşmağa.

(Şeyx Nәsrullah gәlib oturur döşәyin üstündә vә bir qәdәr fikirdәn sonra öz-özünә). Mәn hәmişә xalqa deyәndә ki, naxoşam, elә bilirlәr ki, xalqı aldadıram; amma allah şahiddir ki ... (bir az dayanıb) mәn heç kәsi aldatmıram; çünki hәqiqәtdә mәn naxoşam. Camaatın qabağında mәn özümü naxoşluğa vuranda, Şeyx Әhmәd hәmişә elә bilir ki, mәn adamları әlә salıram; amma bu biçarәnin heç xәyalına gәlә bilmәz ki, mәnim mәrәzim çox şiddәtli mәrәzdir.... (Fikir elәyir). Hәmin bu mәrәzin bәrәkәtindәndir ki, mәn bu bambılı Әhmәdin yanında olmuşam bir balaca uşaq vә ağlayıb atamdan kişmiş istәyәn kimi gündә bir dәfә utana-utana deyirәm: "Şeyx Әhmәd, mәnә kişmiş" (iki әlilә üzünü örtüb, sakit oturur).

Hacı Hәsәnin nökәri Ә l i bir mәcmәyi içindә plov vә qeyri xörәklәr gәtirib qoyur ortalığa vә çıxır. Ş e y x Ә h m ә d daxil olur vә gәlib durur bir tәrәfdә. Bir qәdәr keçir, qapıda iki ö v r ә t görsәnir. Pıçapıç ilә övrәtlәr bir b a l a c a ö v r ә t i n әlindәn tutub, gәtirirlәr içәri vә dururlar qapının yanında. Nökәr girib çıraq yandırır. H a c ı H ә s ә n övrәtlәrin dalınca girir.

H a c ı H ә s ә n (övrәtlәrә). Qızım, utanma, allah әmridir. Niyә utanırsan?

Ş e y x N ә s r u l l a h. Şeyx Әhmәd, mәnim tәrәfimdәn vәkil ol vә siğәni cari elә.

Ş e y x Ә h m ә d. Baş üstә.

Hamı çıxır vә balaca övrәt qalır otaqda. Bu da istәyir adamların dalınca çıxsın; amma çıxanlar qapını örtüb, bunu qoyurlar içәridә. Şeyx Nәsrullah durur ayağa vә bir qәdәr fikirdәn sonra tәrpәşmәyib, övrәtә sarı bәlağәtlә deyir.

Ş e y x N ә s r u l l a h. O sәnin öz ixtiyarındadır: istәyirsәn get, istәyirsәn qal. O sәnin öz ixtiyarındadır ki, ölәndә düşәsәn bәrzәx[15] alәminә. Ayaq tәrәfindәn baca açıla cәhәnnәmә vә qatır yekәlikdә әqrәblәr gәlib yapışalar bәdәninә. Bu da sәnin öz ixtiyarındadır ki, sәni qәbrә qoyanda baş tәrәfindәn bir dәriçә açıla vә o dәriçәdәn bir nәfәr qılman gәlib sәnnәn mazaqlaşa vә bu әsnada qılmanın boynunda sana düzülmüş zәbәrcәd danәlәri qırılıb dağılalar vә başlayasınız hәrә bir tәrәfdәn zәbәrcәdi genә sapa düzmәyә vә bir dә görәsiniz ki, yetmiş min dünya saatları gәlib dolanıb vә indi qiyam-qiyamәt olur. (Övrәtә yavuqlaşır). O vәdә qılman yapışar sәnin әlindәn (yapışır övrәtin әlindәn) vә gülә-gülә sәnә deyәr: "Görәsәn dünyada nә qәdәr savab işlәr görübsәn?"

P ә r d ә

 

Qeydlər

  1.  Xәstәlik zamanı insanın xörәk yemәyә meyli olmaz. Ürәk dünyanın hәvavü hәvәs mәrәzinә mübtәla olan vaxt allahı yada salmağ rәğbәt etmәz; yemәk nә qәdәr lәzzәtli olur-olsun xәstәnin nәzәrindә lәzzәtli görünmәz vә axirәt faydasını әlә keçirmәk dә ona lәzzәt vermәz. Sәndә axirәt eşqi olsa, dünya üçün gözәl hesab etdiyin şeylәrin hamısını axirәt sәnin ürәyindәn çıxardar vә axirәtdә görmәk istәdiyin şeylәr dünyanı sәnin ürәyindәn çıxardar.
  2.  Sizin dünyanız mәnim yanımda çәyirtkә ağzında olan yarpaqdan da alçaqdır.
  3.  Gözlәrin xәyalı ilә tәrpәnәn çox qaşıntılı qoturluğun әn faydalı dәrmanı-- evlәnmәk mәsәlәsi, yәni siğә elәmәkdir. İman mәmlәkәtini canalıcı naz-qәmzә gözәllәrinin qarәtindәn mühafizә etmәk üçün siğә möhkәm bir tәdbirdir.
  4.  Hәr kәs evlәnsә, evlәnmәk onun dinini saxlar. Vәlәdüzzina, yәni hәr kәs evlәnsә, öz dininin yarısını şeytanın şәrindәn vә nәfsani hәvavü hәvәsdәn qorumuş olar.
  5.  Evlinin qıldığı iki rükәt namaz subayın qıldığı yetmiş rükәt namazdan yaxşıdır.
  6.  Evlәn, әks tәqdirdә nәsara rәhbanlarından vә şeytan qardaşlarından olarsan.
  7.  Davudun bir qәbiristana yolu düşdü, gördü ki, әzab mәlәki bir ölüyә әzab verir. Hәzrәt buyurdu.
  8.  Elә ki, insanı qәbrә qoydular, qeyb kitabxanasının katiblәri insan bәdәninin ibrәtxanasını әcәl qәlәmilә tabut taxtasının üstünә yazarlar.... Allah-taala....
  9.  Ona 40 sual verәr. O suallardan biri odur ki, ey alim oğlum, sәn öz zahirini kafirlәrin paltarları ilә bәzәdin, amma mәnim nәzәrimi cәlb edәn batinini yaddan çıxartdın. Bilmirәm bu suala necә cavab verәcәklәr.
  10.  Hәr sözün bir yeri, hәr nüktәnin bir mәqamı var.
  11.  Xalqın heç bir nәfәrinә öz nәfsini və әxlaqını tәmizlәmәk padşahlara vә sultanlara zәruri olan qәdәr zәruri deyildir ki, mәmlәkәtә möhkәm bir İskәndәr sәddi çәkib, qәlb ölkәsini, Yәcucun şәrri kimi pis olan düşmәn tәşvişindәn әmin elәsin.
  12.  Bu dünyada hәr nә varsa, hamısı yoldaşlıq әsәridir, yoxsa söyüd ağacı nәbatat baharını haradan tapacaqdı?
  13.  İkincisi.
  14.  Üçüncüsü.
  15.  Cәhәnnәm.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR