Slimfit
  1. ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadə - Dəli yığıncağı/İkinci məclis

Cəlil Məmmədquluzadə - Dəli yığıncağı/İkinci məclis
Sakura

Cəlil Məmmədquluzadə - Dəli yığıncağı/İkinci məclis

Ikinci mәclis vaqe olur Fazil Mәhәmmәd ibn Yәqubun evindә. Oturub Fazilin övrәti M ә ş ә d i Z e y n ә b, başı aşağı, qәmgin; yanında beş-altı yaşında oğlu H e y d ә r öz-özünә oxuyur. Uzaqdan küçә uşaqlarının qiylü qalı eşidilir vә küçә qapısını daşa basırlar. Daxil olurlar dәli M o l l a A b b a s vә dәli övrәti P ı r p ı z S o n a. Bunları küçә uşaqları daşa basa-basa qovurlar içәri. Mәşәdi Zeynәb bunları görcәk tez durur ayağa vә yerdәn başmaq tayını götürüb, atır dәlilәrin üstә. Dәlilәr ağlamsınırlar vә bir tәrәfdәn küçә uşaqlarından qorxurlar, bir tәrәfdәn dә Mәşәdi Zeynәbin başmaq atmağından özlәrini qoruyurlar.

M ә ş ә d i Z e y n ә b (acıqlı). Itilin cәhәnnәmә buradan!

P ı r p ı z S o n a. Buy,buy, buna bax, sәn allah! Biz niyә cәhәnnәmә itilәk? (Molla Abbasa) Molla Abbas, sәn allah biz cәhәnnәmә gedәcәyik? (istәyir ağlaya). Molla Abbas, sәn allah qoyma mәni cәhәnnәmә aparsınlar; mәn cәhәnnәmdәn qorxuram (qorxusundan titrәyir).

M o l l a A b b a s (Sonaya acıqlı). Kәs sәsini, bihәya qızı bihәya! (Bir qәdәr acıqlı baxır Sonanın üzünә). Çәpik çal, oynuyum. (Pırpız

Sona çәpik çalır, Molla Abbas düşür oynamağa).

M ә ş ә d i Z e y n ә b (acıqlı vә ucadan). Cәhәnnәm olun buradan, yoxsa vallah bu daşnan vurub başınızı yararam! (Әlindә bir şey

tutub istәyir ata dәlilәrә. Onlar istәyir qaçalar çölә, amma uşaqların qorxusundan qapıdan yenә evә qayıdırlar).

M o l l a A b b a s (az qalır ağlasın). Axı mәn hara gedim? Uşaqlar mәni daşa basır.

(Sona әyri-әyri baxır. Mәşәdi Zeynәbin üzünә vә birdәn onun üstünә hücum çәkib itәlәyir, Zeynәb ona bir-iki yumruq vurur).

M o l l a A b b a s (ağlaya-ağlaya). Ay arvadlar, siz allah dalaşmayın.

F a z i l M ә h ә m m ә d (daxil olub, başmaqlarını çıxardır). Genә bu nә qiylü qaldı? (Molla Abbasa). Genә bu küçә uşaqlarını niyә bura yığmısan? Nә istәyirsәn bunlardan?

Min dәfә sәnә demişәm bu colma-çocuğa qoşulma. (Sonaya) Hә, Sona, kefin necәdi, qızım?

(Sona da, Molla Abbas da ikiqat baş yendirirlәr vә bir söz demirlәr).

F a z i l [M ә h ә m m ә d] (Molla Abbasa) Abbas, genә sәndәn yana giley-güzar eşidirәm; genә sәndәn şikayәtlәr qulağıma çatır. Bir az özünә toxtaxlıq ver; axı eyibdir. Sәn mәnim ata bir, ana bir qardaşımsan; sәn camaatı üstünә güldürәndә, mәn xәcalәtimdәn küçәyә çıxa bilmirәm. Vallah biabır olmuşam. Bir dә bu qәdәr küfr, nasәza danışmağı tәrgit: allah ilә, peyğәmbәr ilә işin olmasın, yoxsa camaat sәni sәngsar elәr.

Dәlilәr ikisi dә Fazilә tәzim edirlәr, Zeynәb dә oturub qulaq verir.

F a z i l [M ә h ә m m ә d] (Molla Abbasa). De, de, de, görüm axı nә vaxtadәk dәlilik elәyәcәksәn? Axı bir söz de görüm nә deyirsәn?

M o l l a A b b a s (Fazilә). Dadaş, izin ver oynuyum.

P ı r p ı z S o n a (Fazilә). Fazil dadaş, izin ver mәn dә oynuyum.

F a z i l [M ә h ә m m ә d] (acıqlı). Siz gәrәk mәnnәn zarafat elәmәyәsiniz; mәn Fazilәm, mәnә hörmәt lazımdı. Tutax ki, mәn izin verdim; siz mәnim yanımda nә tövr cürәt edib oynarsınız?

M o l l a A b b a s (guya bir şey tapıb). Buy, dadaş, vallah oynaram. Istәyirsәn oynuyum? (әllәrini qalxızır ki, oynasın).

F a z i l (çığırır). Sarsaqlama!

Molla Abbas qorxub qaçır çölә.

[ P ı r p ı z ] S o n a. Fazil dadaş, gör mәn nә yaxşı oynuyuram (Sona әllәrini qalxızır ki, oynasın, görür ki, Fazil dinmir; başlayır süzüb oynamağa. Saçları çiyninә tökülmüş halda süzә-süzә dolanır, gәlir Fazilin qabağından keçir).

F a z i l [M ә h ә m m ә d] (bir qәdәr mat-mat tamaşa edәndәn sonra üzünü kәnara tutub). Lәnәt şeytana!

P ı r p ı z S o n a. (Mәşәdi Zeynәbә). Zeynәb, ay qız, dur sәn dә oyna! (Zeynәb Sonanı itәlәyir kәnara, Molla Abbas oynaya-oynaya

girir içәri).

F a z i l [M ә h ә m m ә d] (Molla Abbasa). Cәhәnnәm ol buradan!

M o l l a A b b a s. Dadaş, әgәr oynamağıma razı deyilsәn, izin ver mayallaq aşım (mayallaq aşır).

F a z i l [M ә h ә m m ә d] (durur Molla Abbası evdәn qovur). Cәhәnnәm ol! Çıx get! Yoxsa, vallah, bilmirәm ki, nә elәrәm! (Molla Abbas

vә Sona qaçırlar çölә, ara bir qәdәr sakit olur).

F a z i l [M ә h ә m m ә ә d] (Zeynәbә). Zeynәb, sәnә bir söz deyәcәyәm. (Zeynәb dinmir, qulaq asır). Qulaq as gör nә deyirәm. Şәriәtdә belә yazılıb ki, bir kişi ki, dәli oldu, onun övrәti ondan boşdu, onların talağı oxunmuş kimidi; bu mәnim bәdbәxt qardaşım Molla Abbasın dәli övrәti Pırpız Sonadır ki, mәnim qabağımda qol-qıçı açıq gәzir vә mәn dә ona xahi-nәxahi nәzәr etmәyә mәcbur oluram, buna şәriәt sahibi bәhәr hal razı ola bilmәz.

M ә ş ә d i Z e y n ә b (Fazilә). Bәs nә elәmәk istәyirsәn?

F a z i l [Mә h ә m m ә d] (bir qәdәr dinmir). Vallah, mәn özüm dә mәәttәl qalmışam; çünki o dәli övrәtdәn dә deyәsәn bir haray yoxdu.

(Bir qәdәr dinmir). Xub, dur gör Sona hara qaçdı getdi? Onu bir çağır gәlsin danışdırım. (Zeynәb çıxır, uşaq da onun dalınca qaçır. Fazil başını aşağı salıb, fikrә gedir, Zeynәb Sonanın әlindәn yapışıb çәkә-çәkә gәtirir. Fazil başını qalxızıb Sonanı görür). Sona, yavuq gәl, sәnә söz deyәcәyәm. (Sona tәzim edir). Sona, gәl razı ol, sәni yaxşıca geyindirim, bәzәndirim, yuyundurum, sәliqәlәndirim; amma bu

şәrtnәn ki, ağıllanasan, dәxi üzü-gözü açıq küçәlәrә düşüb, dәlilik elәmәyәsәn.

[P ı r p ı z] S o n a (qorxur, az qalır ağlaya). Fazil dadaş, mәn sәndәn qorxuram.

F a z i l [M ә h ә m m ә d] (yumşaqlıqnan). Niyә mәndәn qorxursan, qızım?

[P ı r p ı z] S o n a. Qorxuram mәni döyәsәn.

F a z i l [M ә h ә m m ә d] (mehriban). Qorxma, qızım, döymәnәm; niyә döyüm? (yavuq gedir).

[P ı r p ı z] S o n a. Axı mәn sәnin yanında oynadım, qorxuram acığın tuta.

F a z i l [M ә h ә m m ә d] Yox qızım, acığım tutmur. Istәyirsәn genә oyna. (Sona әllarini qalxızır, istәyir oynasın, o tәrәf-bu tәrәfә baxıb, istәyir gedә çölә).

[P ı r p ı z[ S o n a. Qoy gedim Molla Abbası çağırım.

F a z i l [M ә h ә m m ә d] (qabağını kәsir). Yox, getmә,getmә, dayan, dayan, gör nә deyirәm. (Sona Fazilә baxmayıb qaçır, çöl qapının ağzında durub, qorxa-qorxa Fazilә tәrәf baxır. Fazil bir qәdәr Sonaya baxandan sonra) Ay qız, bizә yazığın gәlsin; әgәr o bәdbәxt Molla Abbasa yazığın gәlmirsә,barı mәnә yazığın gәlsin, ağlını yığ başına. Axı bir mәnә de görüm, sәn nә deyirsәn, nә istәyirsәn vә özünü bu günә salmaqda xәyalın nәdir?

[P ı r p ı z] S o n a. Fazil dadaş, mәn imamı axtarıram.

F a z i l [M ә h ә m m ә d]. Necә imamı axtarırsan?[P ı r p ı z] S o n a. Mәn imam sahibbәzzәmanı axtarıram.

F a z i l [M ә h ә m m ә d.] Neylәyirsәn imam sahibbәzzәmanı?

[P ı r p ı z] S o n a. Mәn imam sahibbәzzәmana әrә gedәcәyәm.

F a z i l [M ә h ә m m ә d.] Qızım, sәn dәlisәn, onun üçün belә danışırsan.

[P ı r p ı z] S o n a. Yox, Fazil dadaş, sәn özün dәlisәn, onun üçün belә danışırsan.

F a z i l [M ә h ә m m ә d.] (bir qәdәr fikirdәn sonra). Nә deyim, qızım? Imama istәyirsәn, imama get; amma axı sәn ağıllanmasan, imam

sәni bu surәtdә qәbul elәmәz.

[P ı r p ı z] S o n a. (ağlamsına-ağlamsına). Mәn necәyәm ki? (öz üst-başına baxır). Mәn necәyәm ki? Yox, yox, mәn imamı istәyirәm. Mәni apar imamın hüzuruna; mәn imam sahibbәzzәmanı istәyirәm.

F a z i l [M ә h ә m m ә d.] (bir qәdәr Sonaya baxandan sonra). Qızım, mәn özüm imamın nayibiyәm, mәnim sözüm imamın sözüdü (başlayır ağlamağa vә diz üstә çöküb, başını әyir döşünә; әllәri ilә üzünü yumur. Bir qәdәr bu halәtdә hәrәkәtsiz qalandan sonra, başını dikәldir vә әllәrini qaziyül-hacata qalxızıb deyir).

Ey ricalül-qeyb, hardasınız, niyә hәzrәt sahibәzzәmanı gәtirmirsiniz? Niyә onun rikabi-mübarәkindә zühür etmirsiniz ki, cahanı küfri-küffardan pak edәsiniz? Bari pәrvәrdigara, and verirәm sәni yetmiş iki şühәdanın nahaq tökülәn qanına, sәn әvvәla, mәnim bәradәrim Molla Abbasın tәqsirindәn keç vә nә qәdәr ki, indiyәdәk küçә vә bazarda sәnin cәlalına istehzalar törәdib, sәnin qüdrәtinә

şәkk gәtirib vә nә qәdәr ki, bundan savayı küfrә vә nasәza danışmağı özünә peşә edib, sәn onu әfv et; zira sәn әrhәmәrrahiminsәn.

Xudaya, and verirәm sәni mәzlumi-Kәrbәlayә, bu biçarә Sonanın qüvveyi-әqliyyәsinә bir qәdәr sihhәt kәramәt elә; ta qolu, qıçı vә üzü açıq namәhrәmlәr nәzәrindә gәzib dolanmağı tәrk etsin vә biz aciz bәndәlәrin hәdsiz mәsuliyyәtlәrinә bais olmasın, Allahümmә bәlliğ mövlayi-sahibәzzәman sәlavatullahi әleyhi әlaәnnә cәmiül-mömininә vәlmöminat, fi mәşariqül-әrz vә mәğaribәha! Qoy zühur etsin vә

asi bәndәlәrinә rәhmi gәlsin; qoymasın dünya dәrhәm-bәrhәm ola. (Әllәrini daha da yuxarı qalxızır vә hәvәslәnir, cuşә gәlir vә gәldikcә sәsini ucaldır). Zühur et, ey sahibbәzzәman! Zuhur et! Vә hidayәt elә siratül-müstәqimә günahkar bәndәlәrini

M o l l a A b b a s vә S o n a çöl qapıdan başlarını uzadıb xәlvәtcә baxırlar.

Ey sahibül-әsr vәz-zәman, zühur et! Mәnәm sәnin nayibin Mәhәmmәd, atam Yәqub, künyәm Küleyni (üzünü çöl qapıya tәrәf tutub çığırır). Ey mәşәrül-xәlayiq, elan olunur bu gündәn sizә ki, mәn ricalül-qeybin әtәyindәn tutub, hәzrәtin zühurunu istida etdim (gözlәri sәqfә baxır, әllәri duada, cuşa gәlir, ağzı köpüklәnir).

[P ı r p ı z] S o n a (Fazili bu halda görüb, Molla Abbası çağırır vә ağlayır). Molla Abbas, bura bax, bura bax! Fazil dadaşım dәli olub (çığırır).

Küçәdә f ә r r a ş Ş i m r ә l i әlindә şallağ daxil olur vә Pırpız Sonaya deyir

F ә r r a ş Ş i m r ә l i. Tәrpәnmә, hәkim gәlir.

H ә k m L a l b y u z daxil olur, bir әlindә mizanül-hәrarә, o biri әlindә yenә hәkimlikdә lazım olan qulaq lülәsi. Fazil Lalbyuzu görüb, çox tәәccüb edir. Molla Abbas çöl qapıda durub, adamların cәmisinә tәzim edir; habelә Pırpız Sona.

F ә r r a ş Ş i m r ә l i (Fazilә). Hәzrәt Fazilә әrz olsun ki, bu cәnab (hәkimi nişan verir) mәşhur professor Lalbyuzdur ki, dәlilәrә elә bir dava verir ki, dәli üç gün çәkmir ki, şәfa tapır vә sәnin-mәnim kimi ağlı başına gәlir.

F a z i l M ә h ә m m ә d. (ayağa durub, hәkimә hörmәt edir) Buyurun, әylәşiniz (üzünü fәrraş Şimrәliyә tutub). Bәli, bәli cәnab doktorun şәhәrimizә tәşrifini eşitmişәm. Bәndeyi-hәqir Әmristan mütәxәssislәrinin tibb elmindә mәharәtlәrinә şәkk vә tәrәddüdüm yoxdu vә lakin ruh mәrәzlәrinin şәfası ki, bu alicәnablar (hәkimә işarә edir) öz öhdәlәrinә götürüblәr,--elә bir müşkül әmrdir ki, bu barәdә bir nәticәyә nail olmaqlarına mәnim mütәәssifanә çox iştibahım var. Zira ki, hәqq-tәala özü buyurublar ki, qülir-ruhü min әmri-rәbbi. Hәrçәnd әmr lәfzinin keyfiyyәt vә mahiyyәtinin mәnasını bәyan buyurmayıblar, lihaza әql heyrәtdә qalır vә üqәlanın ixtilafı mәhz bu barәdәdir ki, aya ruh cövhәr qәbilindәndir ya әrәz vә cövhәr olduqda da aya mücәrrәddir ya qeyri-mücәrrәd. Çün hәzrәti Imam Cәfәr Sadiqdәn rәvayәtdir ki, zәmani ki, xudayi-tәala öz bәndәsinin qәbzi-ruhini mәlәkül-mövtә hәvalә elәdi, buyurdu: çıxart bәndәlәrimin ruhunu, gәtir mәnim yanıma ki, mәn onu rahәt edim (başlayır ağlamağa, hәkim tәәccüb edir vә yavaş-yavaş gedir Fazilin yanına) vә onlara rәhmәt bәxş edim. Ruhların hamısını mәlәkül-mövt gәtirir xudayi-tәalanın yanına (ağlayır, hәkim gedir, әlini qoyur Fazilin alnına vә üzünü fәrraşa tutur vә tәәccüb edir).

M o l l a A b b a s (hәkimә yalvarır). Ay hәkim, mәnim bu Fazil qardaşım dәlidi; ona bir dava ver, ağlı başına gәlsin.

F ә r r a ş Ş i m r ә l i (Molla Abbasa acıqlanır). Sarsaq, sarsaq danışma, düş qabağıma sәni aparacağam dәlixanaya!

Fazil әllәri ilә üzünü örtüb ağlamaqdadır, hәkim adamdarın üzünә baxır vә bir şey başa düşmür.

F ә r r a ş Ş i m r ә l i (hәkimә). Cәnab hәkim, bizim şәhәrin dәlilәrinin biri budur (Molla Abbası göstәrir), biri dә bunun övrәti Pırpız Sonadı (göstәrir).

[P ı r p ız] S o n a (hәkimә). Cәnab hәkim, bizim şәhәrin dәlilәrinin biri budur (ağlayan Fazili göstәrir), biri dә....

Fәrraş onu itәlәyib istәyir çıxartsın, hәkim әllәrini qalxızıb fәrraşın qabağını kәsir.

F a z i l [M ә h ә m m ә d] (başını qalxızıb yuxarı). Xudaya, sәn әrhәmәrrahiminsәn. (Hәkimә). Ey hәkim, and verirәm sәni Isa vә Mәryәmә, әgәr sәnin ixtiyarında olan dava-dәrmanlarda kәramәt varsa, bu biçarә övrәtә bir әlac elә ki, bәlkә bu qәdәr namәhrәm içindә qol-qıçı açıq gәzmәk mәsiyyәtindәn xilas olub, nә qәdәr nәfәsi var, cәnabınıza sәnaxan olsun.

Doktor Sonanın qol-qıçına vәravürd edir vә nәbzini әlinә alıb soruşur.

D o k t o r. Sәnin ad nә? (Sona dinmir). Sәnin ad nә? (Sona yenә dinmir).

F ә r r a ş Ş i m r ә l i (Sonaya). Ay qız, hәkim soruşur adın nәdi? Cavab ver dә! Kar deyilsәn ki!

M o l l a A b b a s (hәkimi yamsılayır). Sәnin ad nә?

Adamlar gülüşür. Fәrraş Molla Abbas tәrәfә hücum edir, Molla Abbas qaçır, Sona ağlayır.

[P ı r p ı z] S o n a. Niyә mәnim Molla Abbasımı döyürsünüz? (Hәkimә). Ay hәkim, qoyma bu dәlilәr mәnim Molla Abbasımı döysünlәr (ağlayır).

F a z i l [M ә h ә m m ә d] (hәkimә). Ay hәkim, and verirәm sәni o yeri-göyü yox yerdәn xәlq edәn bir pәrvәrdigara, sәn mәnim bu dәli qardaşım Molla Abbasa da әtfi-nәzәr edib, bunun da dәrdi müalicәpәzir olan surәtdә, o da öz mәslәhәtinizdi. Nә eybi var, girәm ki, bu bәdbәxt bu qәdәr müddәtin әrzindә ki, xәbti-dimağ gәtirib, çöllәrә düşüb, xüdavәndi-alәmin әqllәri heyran qoyan mahiyyәt, kәmiyyәt vә keyfiyyәtini istehzaya qoyub danışmağı özünә bir vәzifeyi-şәniә qәrar verib. Vә şayәd bundan baş verәn küfr vә nasәzanın müqabilindә xüdavәndi-tәbarәk vә tәala tәrәfindәn (uşaq kimi ağlayır) bu övrәtә dә bir müalicә iltifat ediniz, ta ki, üzü-gözü açıq gәzib, bizi namәhrәmә baxmaq günahi-kәbirәsindәn xilas etsin.

[P ı r p ı z] S o n a (hәkimә yalvarır). Ay hәkim, sәn allah, sәnә qurban olum, mәnim bu Fazil dadaşıma da bir dava ver, ağıllansın vә mәni çox çimdiklәmәsin.

Hamı gülüşür, doktordan vә Fazildәn savayı.

F a z i l [M ә h ә m m ә d] (başını qalxıhzıb Sonaya bәrk vә çox ucadan acıqlanır). Yalan danışma, bihәya!

[P ı r p ı z] S o n a (istәyir ağlaya). Buy, buy! Yalan niyә danışıram? Bәs bunları kim çimdiklәyib? (Qolunda vә canındakı çimdik yerlәrini göstәrir, Molla Abbas qapıdan qah-qah çәkib gülür).

F a z i l [M ә h ә m m ә d] (әllәrini göyә qalxızıb). Әstәğfürullah rәbbi vә әtubi ileyh, lahövlә vәla qüvvәtә illa billahi әliyyül-әzim.

D ә l i l ә r (Fazili yamsılayırlar).

Fәrraş onlara hәmlә edir. Dәlilәr qaçır çölә. Fәrraş qaçır onların dalınca vә çığırır.

F ә r r a ş Ş i m r ә l i. Әdә, qoymayın, dәlilәr qaçdılar!

Fazil iki әli ilә üzünü örtür vә uşaq kimi ağlayır.

H ә k i m (Heyran vә mat qalıb deyir). Kim dali? Kim dali?...

P ә r d ә

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR