Slimfit
  1. ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadə - Dəli yığıncağı/Dördüncü məclis

Cəlil Məmmədquluzadə - Dəli yığıncağı/Dördüncü məclis
Sakura

Cəlil Məmmədquluzadə - Dəli yığıncağı/Dördüncü məclis

Dәlixana. Dәli M o l l a A b b a s ayaq üstә durub, әlini göyә qalxızıb, moizә edir. Oturublar dәlilәr: P ı r p ı z S o n a, F a r m a s y o n R ü s t ә m, S ә r s ә m H e y d ә r, H ә m z a d Q u r b a n, C i n n i M u s t a f a. Dәlilәr dәli Molla Abbasın moizәsinә qulaq asırlar.

M o l l a A b b a s. (sәsnәn, avaznan oxuya-oxuya deyir). Әlhәmdilillah rәbbül-alәmin vәssәlatü vәssәlam әla seyidәl-mürsәlin vә ilahit-tahirin, әmma bәd....

S ә r s ә m H e y d ә r (ağlaya-ağlaya yalvarır). Ay Molla Abbas qardaş, sәn allah bizә nağıl de, qulaq asaq.

M o l l a A b b a s (hirsli). Necә nağıl de?! Nә zәvzәk-zәvzәk danışırsan? Necә nağıl de? Mәn vaizәm, yoxsa nağılçıyam ki, sizә nağıl deyәm? Sözә bax, sәn allah! Deyәsәn mәn nağılçıyam! (hirsi tutur vә gözlәri qızarır. Sәrsәm Heydәr vә Hәmzad Qurban ağlayırlar. Cinni Mustafa acığından dizlәrini yerә çırpır vә yumruğunu sağa-sola tullayır. Molla Abbas birdәn qah-qah çәkib gülür). Bәs bu nağıl deyil,

nәdi? Bәs bu dediklәrim nağıl deyil, nәdi? (gülür).

H ә m z a d Q u r b a n. Sәn allah, Molla Abbas, bir az moizә elә qulaq asaq.M o l l a A b b a s (guya Hәmzad Qurbanın sözünü eşitmәdi). Bәli, xudavәndi-alәmin izni ilә biz buraya cәm olmuşuq ki, bu beş günlük dünyayi-fanini quyudatından kәnara düşüb, allahın yolundan azanlara üzümüz sataşmasın. Onun üçün dә fürsәti qәnimәt bilib, Ağayi-Mәclisidәn sizә moizә edәcәyәm ki, feyziyab olasınız.

F a r m a s y o n R ü s t ә m (cәld durur ayağa vә әllәrini ölçә-ölçә). De, de, ay atam-anam sәnә qurban olsun! Elәcә Ağayi-Mәclisidәn de!

M o l l a A b b a s. Bәli, ey mәnim huş vә zәkavәt, әql vә fәrasәt sahibi olan yoldaşlarım! Әrz olsun xidmәti-şәrifinizә ki, Ağayi-Fazil Mәclisi öz "Ixtiyarat" kitabında belә rәvayәt edir ki, (avaznan) әz hәzrәt imam Mәhәmmәd Baqir mәnqul әst ki, hәr kәs rәcәb ayının birinci günü iki min rükәt namaz qıla vә qabaqkı rükәtdә iki min dәfә tövhid zikr edә vә üç min dәfә "inna әnzәlna" oxuya vә oxuyub qurtarana kimi üzü qiblәyә dura, haman şәxs ayın axırına kimi qarın ağrısı görmәz; vallahi görmәz, billahi görmәz.

Burada F a r m a s y o n R ü s t ә m vә S ә r s ә m H e y d ә r qah-qah ilә gülürlәr; H ә m z a d Q u r b a n vә P ı r p ı z S o n a ağlayırlar; C i n n i M u s t a f a da dizlәrini yerә döyür vә çığırır. Bir neçә m ö m ü n әllәrindә tәsbeh, ağlaya-ağlaya daxil olub soruşurlar: "biz dә mәrsiyәyә, ağlamağa gәlmişik. Ağlayın ey şiәlәr!".

C i n n i M u s t a f a (ara sakit olandan sonra). Bax, Molla Abbas, istәyirsәn mәn dabanımı yerә vurum, buradan bir quş çıxsın? Bax, deyirsәn vurum? Mәn Ağayi-Mәclisidәn qorxmayacağam ki! (Dabanlarını vurur yerә). Bax, mәn dә üzü qiblәyә durmuşam. Bәs Ağayi-Mәclisi niyә üzü qiblәyә durur?

H ә m z a d Q u r b a n (Cinni Mustafaya yalvarır). Ay Mustafa qardaş, sәn allah dabanlarını yerә vurma, mәn quşdan qorxuram.

F a r m a s y o n R ü s t ә m (dik qalxır ayağa). Molla Abbas, Molla Abbas, mәnim bir atam var idi, peşәsi sәhәrdәn-axşama kimi ağacdan-ağaca uçmaq idi. Axırda xoruz oldu banladı. (Özü dә xoruz kimi banlayır). Sәn ölәsәn, Molla Abbas, yalan demirәm, odu bax (göyә baxır), atam uçdu getdi. (Qalan dәlilәr dә göyә baxırlar, guya bir şey axtarırlar).

M ö m ü n l ә r (bir-birinә). A kişi, bunlar bir özgә cürә danışırlar, gәlin çıxaq gedәk (gedirlәr).

M o l l a A b b a s. Mәn hәlә quşdan savayı ağacların da göyә uçmağını görmüşәm, daşların da göyә uçmağını görmüşәm.

C i n n i M u s t a f a (çağırır). Mәn ölüm, Molla Abbas, boş-boş danışma! Ağacların uçmağını deyirsәn de, amma daşların uçmağını demә; bu yalan oldu.

Hәmzad Qurban vә Pırpız Sona ağlayırlar

[P ı r p ı z] S o n a. Sәn allah, ay Mustafa qardaş, acığın tutmasın, mәn qorxuram.

M o l l a A b b a s (Cinni Mustafaya). Hәlә mәnim dayımın oğlunun xoruzu var idi, heç hәyәtdә olmazdı, hәmişә damnan dama uçardı.

F a r m a s y o n R ü s t ә m (qah-qah çәkib gülür). Mәn ölüm, Molla Abbas, sәn dә banna (bu da, Heydәr dә gülürlәr, Hәmzad Qurban vә Sona ağlayırlar, Mustafa dabanlarını yerә çırpır).

S ә r s ә m H e y d ә r (dik qalxır). Sәn ölәsәn, Molla Abbas, mәnim uşaqlıqda bir xoruzum var idi (gülür).

[H ә m z a d] Q u r b a n (ağlaya-ağlaya). Niyә mәnim xoruzum yoxdu? Niyә hamının xoruzu var, mәnim xoruzum yoxdu?

M o l l a A b b a s (ucadan, avaznan). Ey mәşәrül-xәlayiq! Eşidin vә agah olun ki, dörd yüz il bundan müqәddәm mәn getmişdim yәcuc-mәcucların vilayәtinә. (Hamı dәlilәr sakit olub, qulaq asırlar). Orada bu dılğır vәtәnim mәnim yadıma düşdü; mәni bir ağlamaq tutdu ki, bir dә gördüm (әllәrini dizlәrinә çırpır) dәryaların suyu qalxır yuxarı, az qalır mәni qәrq edә; mәn dә qalxmışam suyun üzünә.

[P ı r p ı z] S o n a (az qalır ağlaya). Qorxuram mәn dә qәrq olam Molla Abbas. (Titrәyir vә gәlir özünü salır Molla Abbasın qucağına;

Molla Abbas bunu kәnar edir).

M o l l a A b b a s (Sonaya acıqlı). Mәn moizә elәdiyim yerdә, sәnin ixtiyarın yoxdu mәnim yanıma gәlәsәn.

(Sona indi dә gedir Mustafanın qucağına, o da rәdd edir).

C i n n i M u s t a f a (çox acıqlı). Çәkil kәnara, axmağın qızı! Sәn xoruzdan qorxanda, mәn dә gәrәk pişikdәn qorxam. Mau-mau (pişik kimi movuldayır, Rüstәm vә Heydәr gülürlәr).[H ә m z a d] Q u r b a n (birdәn yerindәn qalxıb, başını elә bәrk vurur pәncәrәyә ki, şüşәsi sınır tökülür). Әdә, qoymayın! Ümman dәryası daşdı! Mәn boğuluram!

Bu heyndә F ә r r a ş Ş i m r ә l i girir içәri vә әlindәki şallağ ilә Qurbanı bәrk döyür. F a r m a s y on R ü s t ә m vә S ә r s ә m H e y d ә r qaçıb bucağa sığınırlar. H ә m z a d Q u r b a n vә S o n a ağlayırlar, C i n n i M u s t a f a ayaqlarını yerә vurub çığırır. M o l l a A b b a s başlayır çıtmaq çalıb oymamağa. Fәrraş Şimrәli Sonaya diqqәt salır vә sonra Molla Abbasa deyir:

F ә r r a ş Ş i m r ә l i. Ay biçarә dәli, molla da mәgәr oynar?

Rüstәm vә Heydәr gülüşürlәr. Qurban va Sona ağlaşırlar, Mustafa çığırır. Şimrәli Sonaya tәrәf gedir vә xәlvәtlәyib onu çimdiklәyir Sona çimdiyin ağrısından vuyulduyur. D o k t o r L a l b y u z girir içәri. Ara sakit olur, çünki dәlilәr hamısı ayağa durub, doktora tәzim edirlәr.

[F ә r r a ş] Ş i m r ә l i (doktora). Cәnab hәkim, bizim şәhәrin dәlilәri bu altı nәfәr adamdı ki, yığıb gәtirdim buraya. Bu, dәli Molla

Abbasdı. Bu, onun arvadı dәli Sonadı. Bunun adı Farmasyon Rüstәmdi. Bu, Sәrsәm Heydәrdi. Bu, Hәmzad Qurbandı. Bu da Cinni Mustafadı.

H ә m z a d Q u r b a n (hәkimә şikayәt edir). Ay hәkim, sәn allah, bu dәliyә deginәn (Şimrәlini göstәrir) bizi döymәsin!

C i n n i M u s t a f a (hәkimә). Axı bu dәlini (Şimrәliyә işarә) gәtirib buraya qatmısınız, bizim günahımız nәdi ki, bizi şallaqlayır?

M o l l a A b b a s (hәkimә). Axı mәn ki, oynayıram, bunun kimә bir ziyanı var ki, bu dәli mәnim oynamağıma lağ elәyir?

Rüstәm vә Heydәr gülürlәr.

[ P ı r p ı z] S o n a (hәkimә, ağlaya-ağlaya). Ay hәkim, bu dәli kişi (Şimrәlini göstәrir) mәni çimdiklәdi.

Rüstәm vә Heydәr gülür, Qurban ağlayır.

F ә r r a ş Ş i m r ә l i (hәkimә). Cәnab doktor, bunlar dәliliyin havasına danışırlar.

S ә r s ә m H e y d ә r (dik atılır). Buy, hәkim and olsun allaha, biz dәli deyilik, özü dәlidi.

D ә l i l ә r (hamısı birdәn). Vallah, dәlidi!

F ә r r a ş Ş i m r ә l i (hәkimә). Doktorun başı üçün, mәn bunları döymәmişәm.

L a l b y u z (Şimrәliyә). Bu, bu .... (bilmir nә danışsın).

Dәlilәr hamısı hәkimә baş yendirib әdәblә dururlar. Hәkim mat-mәәttәl qalır, әvvәl ehtiyatla gedir dәlilәrin nәbzinә baxır, sifәtlәrinә vә gözlәrinә baxır, sonra Sonaya yavuq gәlib, qol-qıçına diqqәt salır, nәbzinә baxır, çәnәsini әllәyir

[P ı r p ı z] S o n a (ağlaya-ağlaya). Ay hәkim, mәn sәndәn qorxuram; qorxuram sәn dә mәni çimdiklәyәsәn.

Molla Abbas, Rüstәm vә Heydәr gülüşürlәr. Qurban vә Sona ağlaşır. Mustafa dizlәrini yerә vurur, çığırır. Daxil olurlar H a c ı B a ğ d a d,

K a b l a T ü r b ә t, M ә k k ә M ә h ә m m ә d, Ü m m i G ü l s ü m, Ә m i n ә, S ә k i n ә. S o n a bunları görcәk başlayır qorxub gizlәnmәyә vә ağlaya-ağlaya deyir:

[P ı r p ı z] S o n a. Hәkim, bu dәlilәri qoymayın bura gәlsinlәr, mәn onlardan qorxuram. (Titrәyir. Dәlilәr dә Sonanı tdsdiq edir, adamlar narahat, hәkim mәәttәl, çavuş dәlilәrә tәpinir vә aranı sakit edir).

K a b l a T ü r b ә t (әlindә tәsbeh, dodaqları "sübhanallah" vird edir). Cәnab hәkim, mәn bir işdәn ötәri sizә zәhmәt vermәyә gәlmişәm.

Mәn bu dәli, sәrsәm Heydәrin ata bir, ana bir qardaşıyam. Әrz olsun ki, mәnim bu bәdbәxt bәradәrim, bir ildәn artıqdı ki, dәlilik azarına giriftar olub. Dua qalmayıb ki, yazdırmamış olaq; dәrman qalmayıb ki, yedirtmәmiş olaq.

Heydәr durur әdәblә qardaşı Kabla Türbәtә baş yendirir.

Dәrdi-sәr vermәkdәn mәqsәd budur ki, bu gün seşәnbә, bәli, çәrşәnbә, pәncşәnbә, cümә günü, yәni rәcәb ayının on doqquzunda,

hәzrәtin zühurudur ki, cәmi dәli kişilәrin övrәtlәri haman gün öz yavuq qohumlarının biri ilә bahәmlikdә hәzrәtin ziyarәtinә müşәrrәf olmalıdırlar.

Molla Abbas mayallaq aşır. Rüstәm vә Heydәr gülüşürlәr, "ğu-ğu" elәyirlәr. Sona vә Qurban ağlaşırlar, Mustafa çığırır.

K a b l a T ü r b ә t (Molla Abbasa). Allah sәnә lәnәt elәsin! Gәrәk imamın zühurunun söhbәtindә bu mürtәd mayallaq aşa. (Hәkimә). Hәkim cәnablarına bu dәrdi-sәri vermәkdәn mәqsәd bilmәkdi ki, aya bu üç günün әrzindә bu bәdbәxt Heydәrin ağıllanmağına bir ümid var ya yox? Çünki şayәd xudavәndi-alәmin şәfaәti sadir ola, ağıllana; әgәr ağıllanmasa, mәn özüm mәcburam övrәti Әminәni (Әminәyә tәrәf baxır) aparam hәzrәtin ziyarәtnnә....

Ә m i n ә (gedir sәrsәm Heydәrin üzünә boğma çıxardır. Heydәr mat-mat baxır). Yalansa, bunun başına kül! Bir ildәn artıqdır bu gün

ağıllanır, sabah ağıllanır; mәni dә sәrgәrdan qoyubdu.

Cinni Mustafa çığırır.

K a b l a T ü r b ә t (hәkimә). Cәnab hәkim, sizin rәyinizi bilmәk bizә lazımdı.

H ә k i m (çiyinlәrini atır). Akademik, akademik.

Heç kәs başa düşmür. Rüstәm vә Heydәr gülüşür. Sona vә Qurban ağlaşırlar, Mustafa çığırır.

M ә k k ә M ә h ә m m ә d (әlindә tәsbeh, dodaqları vird edir vә hәkimә deyir). Cәnab hәkim, sizә dәrdi-sәr vermәkdәn mәqsәd budur

ki, әrz edirәm. Mәnim dә bu bәdbәxt ata bir, ana bir qardaşım Hәmzad Qurban bir neçә müddәtdi ki, dәli-divanә olub çöllәrә düşübdü.

Bu da onun övrәti Sәkinәdi. Dua qalmayıb ki, yazdırmamış olaq; dava-dәrman qalmayıb ki, yedirtmәmiş olaq. (Qurban durur ayağa,

qardaşı Mәkkә Mәhәmmәdә baş yendirir). Dәrdi-sәr vermәkdәn mәqsәd budur ki, cümә günü hәzrәt zühur edir; hökmdür ki, cәmi dәli kişilәrin övrәtlәri öz yavuq qohumları ilә birlikdә hәzrәtin ziyarәtinә müşәrrәf olalar.

Molla Abbas mayallaq aşır, mömünlәr bu dәfә onu döyә-döyә salırlar çölә. Rüstәm vә Heydәr gülüşürlәr, Sona vә Qurban ağlayırlar.

M ә k k ә M ә h ә m m ә d (Molla Abbasın dalınca). Hәr vaxt ki, imamın zühurundan söhbәt düşür, bu mәlun oğlu mәlun gәrәk mayallaq aşa. (hәkimә). Hәkim cәnablarına dәrdi-sәr vermәkdәn mәqsәd bilmәkdir ki, aya, bu üç günün әrzindә bu bәdbәxt Qurbanın ağıllanmağına

bir ümid var ya yox?

Sәkinә gedir Hәmzad Qurbana boğma çıxardır. Qurban mat-mat baxır.

S ә k i n ә. Bunun başına kül! Nә qәdәr vaxtdı ki, elә ha bu gün ağıllanır, sabah ağıllanır; mәni dә sahibsiz qoyub.

Cinni Mustafa çığırır, dabanlarını yerә çırpır.

H ә k i m (çiyinlәrini atır). Akademik, akademik!

Heç kәs hәkim dediyini başa düşmür.

M o l l a A b b a s (qapıdan). Ay müsәlmanlar, vallah bu hәkim dәlidi.

Molla Abbas qapıda oynayır, Rüstәm vә Heydәr gülüşürlәr, Sona vә Qurban ağlayırlar; Mustafa çığırır va dabanlarını yerә çırpır. Şimrәli Molla Abbasa bir şallaq çәkir.

[P ı r p ı z] S o n a (ağlaya-ağlaya, hәkimә). Ay hәkim, sәn allah bu dәlilәrә de, mәnim Molla Abbasımı döymәsinlәr.Uzaqdan çavuş carlayır, camaat salavat çәkir. Allahümmә sәlli әla Mәhәmmәdün vә ali Mәhәmmәd!

P ә r d ә

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR