Slimfit
  1. ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadə - Dəli yığıncağı/Birinci məclis

Cəlil Məmmədquluzadə - Dəli yığıncağı/Birinci məclis
Sakura

Cəlil Məmmədquluzadə - Dəli yığıncağı/Birinci məclis

Birinci mәclis vaqe olur şәhәrin hakimi H ә z r ә t Ә ş r ә f i n idarәsindә. Yuxarı başda sandalya üstә әylәşib Hәzrәt Әşrәf, yanında durub müavini H a c ı N a y i b. Bir tәrәfdә sandalya üstә әylәşib d o k t o r L a l b y u z, qabağında kürsü üstә kağız-küğuza baxır. Kәnarda әylәşiblәr şәhәrin mötәbәr tacirlәri: H a c ı M ә h ә m m ә d ә l i fәrşfuruş, H a cı X u d a v e r d i Ş ü r ә k a, H a c ı C ә f ә r K o m p a n i. Qapının yanında durub fәrraş Ş i m r ә l i. H ә z r ә t Ә ş r ә f H a c ı N a y i b ә qanılmayan dildә yavaş-yavaş bir söz deyir.

H a c ı N a y i b (üzü camaata). Hacılar, burada bir vacib mәsәlә var ki, ondan ötәri dә Hәzrәt Әşrәf sizi buraya dәvәt edib; amma and verirәm sizi uzun qollu Hәzrәt Abbasa, burada, әgәr mümkünsә türkcә danışmayaq, çünki Hәzrәt Әşrәfin mәnә qeyzi tutur.


H a c ı C ә f ә r K o m p a n i (Hacı Nayibә). Hacı ağa, and verirәm sәni pәnctәni-ali-әbayә, bu dәfәliyә bizi әfv buyurunuz vә mәtlәbi

bizim dildә bәyan ediniz ki, başa düşәk: çünki mәcә dә ki, sizә mәlumdur. Hәzrәt Әşrәf fәrmayiş etdiklәri dilә biz heç birimiz aşina deyilik. (Qorxusundan bir qәdәr yavaş deyir). Doğrusu, Hacı ağa, peyğәmbәrә and olsun, Hәzrәt Әşrәfin dilini biz başa düşmürük. Bәs buna

görә biz әhd edirik ki, Hәzrәt Әşrәfin xidmәtindә bundan sonra heç danışmayaq, heç danışmayaq. (Sağ әlini basır ağzına).

H a c ı M ә h ә m m ә d ә l i. Heç danışmayaq, heç danışmayaq. (Bu da әlini ağzına basır).

H a c ı X u d a v e r d i. Heç danışmayaq, heç danışmayaq. (Bu da sağ әlini ağzına basır).

Hacı Naib Hәzrәt Әşrәf tәrәfә әyilib ona yavaşca bir söz deyir vә o da buna yavaşca bir neçә söz deyir. Hәzrәt Әşrәf durub gedir içәri

otağa, sonra Hacı Nayib üzünü tutur hacılara.

H a c ı N a y i b. Hacılar, әhvalat bu qәrar ilәdir ki, hәr bir hakimin birinci vәzifәsi mәmlәkәtin abad vә әhalinin istirahәt vә sәadәtidir. Vә Hәzrәt Әşrәfin amalı vә arzusu, bu mәmlәkәtә tәşrif gәtirәndәn indiyәdәk hәmişә bu yolda olubdur. Buna da allah-tәala özü şahiddir;

bu da ki, әzhәr minәş-şәmsdir. Hәmin bu cәnab (doktora işarә edir) ki, ismi şәriflәri doktor Lalbyuzdur.

H a c ı M ә h ә m m ә d ә l i. Lalbyuz?

H a c ı N a y i b. Bәli, Lalbyuz, doktor Lalbyuz ki, tәzәlikdә Әmristandan bizim vilayәtә tәşrif gәtiriblәr ki, ruh azarının burada camaat

içindә nә şәkildә zühura gәlmәyini tәdqiq vә tәhqiq edib, cünunluq mәrәzinin xasiyyәtini, tarixini, indiki Әmristan darül-elmlәrindә tәhsil etdiklәri elmi-psixikә tәtbiq buyursunlar.

Burada doktor bir lüğәt kitabına barmağını qoyub deyir.

D o k t o r. Dali, dali (yәni istәyir desin "dәli").

H a c ı N a y i b (hәkimә baxıb). Yәni hәkim cәnablarının ixtisası hәmin dәlilik mәrәzinin, yәni ruh dairәlәrinin öz tәbii mahiyyәtindәn

ixrac olub, rәxnә tapmağıdır ki, bunun nәticәsindә insanın qüvveyi-әqliyyәsinә xәlәl yetişir. Bәistilahi-türk, insan dәli olur. Bәs belә

olan surәtdә insaf vә mürüvvәtdәn uzaq olar, әgәr biz doktor cәnablarının şәhәrimizә tәşrifini qәnimәt saymayaq. Hәzrәt Әşrәfin

iradәsi bu yerdә qәrar tutub ki, bundan sonra şәhәrimizdә bir nәfәr dә dәli vә divanә küçә-bazarda sәrgәrdan dolanmasın vә doktor cәnabları o biçarәlәr üçün bir mәkan qәrar verib, onların müalicәsinә mәşğul olsun .... Belә bir iqdamatın iki qism gözәl nәticәsi ola bilәr: biri budur ki, şәhәrimizin küçәlәrindәn dәlilәri rәdd etmәk ilә vilayәtimizin abadlığı yolunda tәlaş etmiş olarıq ki, bu özü bizim

üçün müqәddәs bir vәzifәdir; ikincisi dә budur ki, o bәxtiqarә dәlilәrin xeyir-duasının feyzi bizim özümüzә dә kifayәt edәr, valideynimizә

dә kifayәt edәr vә abavü әcdadımıza da kifayәt edәr. Nә deyirsiniz, hacılar?

H a c ı M ә h ә m m ә d ә l i (әllәrini qalxızır duaya). Bari pәrvәrdigara, belә hakimlәrin sayәsini biz aciz bәndәlәrin başının üstündәn

әskik elәmә öz birliyin xatirinә.

H a c ı X u d a v e r d i (әllәri duada). Ey gözә görünmәyәn pәrvәrdigar, bizә rәhmin gәlsin!

H a c ı C ә f ә r (әllәri duada). Amin!

Hacılar tәәccüblә doktora tamaşa edirlәr.

H a c ı M ә h ә m m ә d ә l i. (Hacı Nayibә) Hacı ağa, mәn belә mәslәhәt görürәm ki, doktor cәnablarının şәhәrimizә vürudu çavuş

vasitәsilә әhaliyә elam olunsun vә car çәkilsin vә o biçarә dәlilәrin qohum-әqrәbasına müjdә verilsin ki, xudavәndi-alәmin lütf vә

mәrhәmәti sayәsindә o binәva dәlilәr mübtәla olduqları cünunluq mәrәzindәn tez bir vaxtda şәfa tapacaqlar.

H a c ı l a r (Şimrәliyә tәrәf). Bәli, bәli, elam olunsun, car çәkilsin.

H a c ı N a y i b. (Şimrәliyә) Şimrәli, hacıların mәslәhәti pis deyil. Durma get, binagüzarlıq elә.

Ş i m r ә l i. Çeşm (çıxır, gedir).

H a c ı M ә h ә m m ә d ә l i. Pәh, pәh, pәh! Maşallah olsun doktor cәnablarının elminә; necә dә ki, әrәblәr deyiblәr: zahir batinin

ayinәsidir, elәcә doktorun zahirindәn elm yağır. A kişi, bizim müsәlmanların yәni hәkimlәri dә bir hәkimdilәr? Vallah, billah, and olsun getdiyim Imam Rzaya, heç baytal da deyillәr. Hәkim, bax, buna deyәrlәr ey! Amma heyf ki, deyәsәn, bizim dili yaxşı bilmir.

H a c ı C ә f ә r. Yәni, Hacı ağa, nә eybi var ki, bilmir?H a c ı X u d a v e r d i. Yәni, Hacı ağa, bizim dildә nә mәtlәb var ki, onu bilsin

ya bilmәsin? Bilәndә nә olacaq, bilmәyәndә nә olacaq?

H a c ı M ә h ә m m ә d ә l i (hacılara). Hacı ağa, and olsun allaha, mәn ona tәәccüb elәyirәm ki, bu zalım oğlu bizim dili bilmәyә-bilmәyә dәlilәrә necә müalicә edәcәk? Genә özgә azar ola, genә bilmәsә dә, o qәdәr eybi yoxdur. Amma Hacı Nayib ağa buyurmuş kimi, burada ruh mәsәlәsi var, burada dәlinin әhvalını yoxlamaq mәsәlәsi var.

H a c ı X ud a v e r d i. Xudaya, şükr sәnin cәlalına!

H a c ı C ә f ә r. Lahövlә vәla qüvvәtә illa billahü әliyül-әzim!

H a c ı N a y i b. Yәni Hacı Mәhәmmәdәli ağa, dili bilmәkdә, ya bilmәmәkdә bir mәtlәb yoxdur. Odur Hәzrәt Әşrәf dә bizim dili bilmir; indi görәk bunun bilmәmәyinin kimә nә zәrәri var? Hәkim dә bunun kimi. Nә eybi var? Hәkiminki odur ki, azarın özünә yaxşı tәşxis versin.

H a c ı M ә h ә m m ә d ә l i (Hacı Nayibә). Xeyr, mәni әfv buyurasınız, Hacı ağa! Hәzrәt Әşrәfin işi bir özgәdir: o hakimdi, onun vәzifәsi ancaq әmr etmәkdi, çığırıb bağırmaqdı ki, burada bir özgә dili bilmәk әsla lazım deyil; amma hәkim bir az bilsә, nә eybi var?

H a c ı N a y i b. Bәli, hәlә bu belә. Indi, hacılar keçәk mәsәlәnin o biri tәrәfinә. Mәlumdur ki, hәr tәşәbbüsat ki, mәmlәkәtin abadlığı

yolunda başlanır, hökumәt xәzinәsinә çox da ağırlıq düşmәsin deyә, ağayani-tüccarın himmәtinin vücudu ilә nәticәbәxş olur; buna binaәn Hәzrәt Әşrәf dәlixananın tәsisinin mәsarifini siz cәnabların öhdәsinә mühәvvәl edibdi ki, indi biz bu saat doktor hәzrәtlәrinin müsvәddәsindәn hәmin binagüzarlığın mәxaricini tәxmin edә bilәrik. (Әyilib doktorun kağızına baxır).

Doktor gah kağızları, gah lüğәt kitablarını açır, Hacı Nayabә nişan verir.

Bәli, doktorun hesabı mövcibincә, әgәr biz istәyәk şәhәrimizdә bir dәlixana tәsis edәk, onun ildә iyirmi min tümәn mәsarifi olacaq.

H a c ı M ә h ә m m ә d ә l i (tәәccüblü). Iyirmi min tümәn?

H a c ı N a y i b. Bәli, Hacı ağa.

H a c ı X u d a v e r d i (tәәccüblü). Iyirmi min tümәn?

H a c ı N a y i b. Bәli, Hacı ağa.

H a c ı C ә f ә r (tәәccüblü). Iyirmi min tümәn?

H a c ı N a y i b. Bәli, Hacı ağa.

Hacılar bir-birinә baxıb, başlarını bulayırlar.

H a c ı M ә h ә m m ә d ә l i (Hacı Nayibә). Hacı Nayib ağa, and verirәm sәni sәyyidüş-şühәdaya, boşla getsin.

H a c ı X u d a v e r d i (Hacı Nayibә). Hacı Nayib ağa, and verirәm sәni qәrib Imam Rzaya, boşla getsin.

H a c ı C ә f ә r (Hacı Nayibә). Hacı Nayib ağa, and verirәm sәni çәhardәh mәsuma, boşla getsin.

H a c ı M ә h ә m m ә d ә l i (Hacı Nayibә). Әrz olsun Hacı Nayib ağanın hüzuri-mübarәkinә ki, o biçarә dәlilәrin ağlını alan o gözә görünmәyәn pәrvәrdigari-alәmdir ki, öz yaratdığı bәndәyә lazım olan yerdә ağlı verir dә, alır da. Bu bir mәşiyyәti-yәzdanidir ki .... (Iki әlini yuxarı qalxızıb, gözlәrini allaha tәrәf axıdıb, bu halәtdә olan vaxt Hәzrәt Әşrәf içәri qapıdan yavaşca başını çıxardıb çığırır).

H ә z r ә t Ә ş r ә f. Pul, pul!.... (Hәzrәt Әşrәf yenә yox olur. Hacılar xövfә düşürlәr).

H a c ı M ә h ә m m ә d ә l i (Hacı Nayibә) Hacı ağa, bu nә fәrmayişdi? Pul budur bizim cibimizdә. Bizim malımızın da, canımızın da

tәәllüqü Hәzrәt Әşrәfdir. And olsun xaliqi-lәmyәzәlә ki, burada xilaf yoxdu. Bu nә fәrmayişdi?

Fәrraş Şimrәli daxil olur.

H a c ı X u d a v e r d i (Hacı Nayibә). Hacı ağa, and verirәm sәni o uzun qollu Hәzrәt Abbasa, axı Hәzrәt Әşrәfin nahaq yerә qeyzi tutur; biz bir söz ki, demirik. Bir surәtdә ki, Hәzrәt Әşrәf fәrmayiş buyururlar, bizim nә sözümüz ola bilәr?

H a c ı l a r. Nә sözümüz ola bilәr?....

H a c ı X u d a v e r d i. Axı, qurban sәnә, Hacı ağa, bircә mәtlәb burasındadır ki, hәrәnin öz damarına görә qan alarlar. Axı sәn özün bir mülahizә buyur gör, o iyirmi min tümәni biz üçümüz verә bilәrik ya yox? Görәk aya bu şәhәrdә bizdәn dә savayı tacir var ya yox?

H a c ı C ә f ә r. Yaxşı, biz bәdbәxt nә deyirik ki! Xub, yarısını biz verәk, yarısını qeyri tacirlәr versin.

H a c ı N a y i b. Hacı Mәhәmmәdәli ağa, and verirәm sәni mövlayi-müttәqiyanә, bu sözlәri mәnә demәyin. Sözünüz var idi, bayaq Hәzrәt Әşrәfin özünә әrz edәydiniz. Әgәr pul vermәk xәyalınız yox idi, heç öhdәnizә götürmәyәydiniz.

H a c ı X u d a v e r d i. Ay Hacı ağa, axı biz bәdbәxt nә vaxt öhdәmizә götürdük?

H a c ı C ә f ә r. Allah şeytana lәnәt elәsin!

H a c ı X u d a v e r d i. Xudaya, şükür sәnin cәlalına!

H a c ı M ә h ә m m ә d ә l i (üzü hәkimә). Cәnab hәkim, gәl sәn bu daşı әtәyindәn tök!

Hәkim tәәccüblü baxır hacılara tәrәf vә bir şey başa düşmür.

H a c ı X u d a v e r d i (hәkimә). Ay hәkim, Hacı Mәhәmmәdәli ağa yaxşı deyir, axı bu dәlixana söhbәti nә bir söhbәtdi ki, bunun üstә özünüzә dә, bizә dә bu qәdәr dәrdi-sәr verirsiniz? Biz eşitdiyimiz budur ki, dәliliyin bir sәbәbi var. Bu bir bәladır; bu bir qismәtdir ki, hәr bir yaranmış ki, bu dәrdә mübtәla olur, gәrәkdir ki, tutduğu işin müqabilindә cәzasını çәksin. Bunun çarәsi "Cövşәni-kәbir" ya "Cövşәni-sәğir" duasıdır ki, yazıb tikirlәr dәlinin paltarına; özü dә gәrәk sol qoluna tikilsin. (Әli ilә qolunu göstәrir).

Hәzrәt Әşrәfin başı içәri otaqdan görsәnir.

H ә z r ә t Ә ş r ә f (çox ucadan vә hirsli). Pul! Pul!

H a c ı l a r (tәşvişә düşürlәr vә qorxa-qorxa deyirlәr). Bәçeşm, bәçeşm. Pul hazırdır. (Әllәrini ciblәrinә uzadırlar).

Küçәdә Çavuş carlayır:

mücdә verilir şәhәrimizin dәlilәrinә, şәhәrimizә bir hәkim gәlib, daha bundan sonra hamı dәlilәr ağıllanacaq. Ay muştuluğumu verәnlәr, ay xәlәtimi verәnlәr!

H a c ı M ә h ә m m ә d ә l i (Hacı Nayibә). Hacı Nayib ağa, xub, bir sözümüz yoxdu; pulu bu saat düzәldәrik. Amma and verirәm sәni

Imam Museyi-Kazimә, hәkimi bir tövr başa sal, xәrci azaltsın; yoxsa bizim şәhәrimizdә o qәdәr çox dәli yoxdu ki, iyirmi min tümәn onların müalicәsinә sәrf olunsun.

H a c ı C ә f ә r. Xeyr, xeyr, o qәdәr dәli harada idi? Cәmisi beş-altı nәfәr ancaq olar.

H a c ı M ә h ә m m ә d ә l i (Hacı Cәfәrә). Xeyr, Hacı ağa, bimari-Kәrbәlaya and olsun, dörd nәfәrdәn artıq deyil: biri dәli Molla Abbasdı, biri onun övrәti Pırpız Sonadı, biri, biri....

H a c ı X u d a v e r d i. Biri o Farmasyon Rüstәmdi-nәdi, biri odu, bir-ikisi dә ola-olmaya....

H a c ı N a y i b (әyilib hәkimin hesabına baxır). Burada әvvәl davaların xәrci yazılıb, mәsәlәn: psixikum-sulfirikum-bromatum, min tümәn .... Nә bilim, çoxusunu oxuya bilmirәm.

Içәri otaqdan hәzrәt Әşrәfin başı görsәnir.

H ә z r ә t Ә ş r ә f (çığırır). Pul! Pul!

Hacılar tәlәsә-tәlәsә vә qorxa-qorxa ciblәrindәn bir qәdәr qızıl pul çıxardıb, tökürlәr Hacı Nayibin qabağına, bu da pulların yarısını yığır

aparır içәri, Hәzrәt Әşrәfә verir, qalan yarısını qoyur hәkimin qabağına, hәmin pulları dәstmala qoyur, kağız-kuğuzunu yığışdırır gedir;

hacılar ilә әl-әlә verir. Hacılar xahi-nәxahi әl verәndәn sonra, әllәrini qabağa uzadıb, havada saxlayırlar ki, sonra yusunlar. Doktor buna tәәccüb edib vә üzünu Hacı Nayibә tutub, guya bu işin mәnasını bilmәk istәyir. Hacılar narazı bir halәtdә istәyirlәr çıxıb getsinlәr, bu heyndә küçәdә qilü qal qopur. Daxil olur H a c ı B a ğ d a d vә Ü m m i - G ü l s ü m

H a c ı N a y i b. Xeyir ola, Hacı Bağdad, bu nә qiylü qaldı?

H a c ı B a ğ d a d (Hacı Nayibә). Hacı Nayib ağa, and verirәm sәni o gözә görünmәyәn pәrvәrdigara, bizi bu mәrәkәdәn xilas et.

H a c ı N a y i b. Nә var, nә mәrәkәdi?H a c ı B a ğ d a d. Hacı ağa, bizim qiylü qal ilә işimiz yoxdu. Biz allahın fәqir vә mömin bәndәsiyik. Mәnim o bәdbәxt dәli qardaşım Farmasyon Rüstәmin әlindәn bilmirik hara baş götürüb qaçaq. Bu övrәt (Ümmi Gülsümü göstәrir), ayıb olmasın, haman dәli qardaşımın övrәtidir. Indi bir-iki ay olar ki, mәn onu müvafiq-şәri-әnvәr özümә siğәsini oxudub, hәlal elәmişәm.

Siğәsini dә Fazil Mәhәmmәd özü oxuyub. Çünki gәrәk mәlumunuz ola ki, Fazil Mәhәmmәd özü keçәn il elan elәmişdi ki, cәmi dәlilәrin övrәtlәri әrlәrindәn boşdular vә azaddılar. Indi haman dәli Rüstәm qardaşım bu saat gәlib yapışıb bu biçarә övrәtin yaxasından ki, şәhәrimizә hәkim gәlib, mәnә dava verәcәk, ağlım başıma gәlәcәk. Indi istәyir zornan övrәti götürüb aparsın. Aman günüdür, Hacı ağa,

bizi dәli Rüstәmin şәrindәn xilas elә.

Hacı Nayib vә qeyrilәri mat qalırlar.

H a c ı l a r. Lahövlә vәla qüvvәtә illa billahü әliyyül- әzim!

Yenә küçәdә mәrәkә vә qiylü qal qopur. Daxil olurlar K ә r b ә l a y ı T ü r b ә t, M ә k k ә M ә h ә m m ә d, Ә m i n ә ö v r ә t, S ә k i n ә

ö v r ә t vә bunlardan savayı k ü ç ә ә h l i. Daxil olanlar bir-biri ilә bu tövr giley-güzar edir: "A kişi, belә dә iş olar, necә ağıllanacaq, biçarә arvadın günahı nәdi?" Küçәdә Çavuş yenә carlayır: "Ey şiәlәr, şәhәrimizә hәkim gәlib, dәlilәrә müjdә olsun. Hamısı bir neçә günün müddәtindә ağıllanacaq. Ey mәnә muştuluq verәn, ey mәnә xәlәt verәn!" Sonra adamlar başlayır çığırışmağa: "Әdә, dәlilәr gәlirlәr!" Qiylü qal qopur, ara qarışır, Hәzrәt Әşrәf başını içәri otaqdan çıxardıb çığırır: "Sükut!" F ә r r a ş şallaq ilә camaatı sakit edir.

H a c ı N a y i b (üzünü tutur camaata). Ey Hacı Bağdad, Kәrbalayı Türbәt, Mәkkә Mәhәmmәd! Ey-yer üzünün şiәlәri! Heç qiylü qal lazım deyil. Doğrudur, doktor Lalbyuz cәnabları xudavәndi-alәmin mәrhәmәti ilә şәhәrimizin cәmi dәlilәrini ağıllandıracaq. O ki, siz әrz edirsiniz dәlilәrin bir neçәsinin övrәtlәri öz qardaşlarına әrә gediblәr, bu mәsәlәlәr şәri bir mәsәlә olduğu halda, bunun hәllini Hәzrәt Әşrәf mühәvvәl edir şәhәrimizin şәriәtmәdarı Fazil Mәhәmmәd ibn Yәqubun öhdәsinә ki, bu barәdә hәr nә sәrәncam olsa, ona tәbәiyyәt etmәk cәmi yer üzünün şiәlәrinin vәzifәsidir. Dәxi burada bir özgә söhbәt ola bilmәz.

Hacı Nayib sözünü qurtaran kimi küçәdә sәs düşür ki, dәlilәr gәlir, C i n n i M u s t a f a gәlir. Adamlar qarışır bir-birinә, qaçan qaçır, qalan qalır.

P ә r d ә s a l ı n ı r.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR