Slimfit
  1. ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadə - Anamın kitabı/Dördüncü məclis

Cəlil Məmmədquluzadə - Anamın kitabı/Dördüncü məclis
Sakura

Cəlil Məmmədquluzadə - Anamın kitabı/Dördüncü məclis

Rüstәmbәyin vә qardaşllarının haman kabinәsi. Z ә h r a b ә y i m azarlı halәtindә sövkәnib yastığa, yanında oturub Gülbahar vә yapışır anasının әlindәn. Rüstәm bәy öz yerindә oturub, kitaba baxır. Sәmәd Vahid vә Mirzә Mәhәmmәdәli kitablarını yığışdırıb qoyurlar qutuya vә az qalıb ki, qurtarsınlar Zәhra bәyim vayıldayır.

R ü s t ә m b ә y (gәlir durur anasının qabağında). Ana, ay ana! (Zәhra bәyim dinmir. Rüstәm bәy yekә çağırır). Ana! Ana!

Z ә h r a b ә y i m (hәzin sәs ilә). Nә deyirsәn, Rüstәm bala?

R ü s t ә m b ә y. Ana mәn sәnin yanında müqәssirәm. Mәnim günahımdan keç. Dünәn sәni mәn incitdim.

Z ә h r a b ә y i m. Bala, sәnin mәn qadanı alım. Sәnin nә bir günahın var ki, mәn sәnin günahından keçәm? Sәn mәni incitmәmisәn. Sәn bircә qardaşlarından ayrı düşmә, mәn ölәndәn sonra da, qәbirdә dә sәnә duaçı olum, ay Rüstәm bala!

R ü s t ә m b ә y (bir qәdәr dinmir vә sonra). Ana, ay ana, axır sәn bәzi işlәri bilirsәn, bәzisini dә bilmirsәn. Bizim bir-birimiznәn danışığımız mәslәk üstәdir, mübahisәmiz kitab üstәdir. Yoxsa sәn dediyin söz bir gözәl sözdü. Mәsәlәn, elә mәn açığını sәnә deyim. Ana, ana, eşidirsәn nә deyirәm? Ana, qulaq asırsan ya yox?

Z ә h r a b ә y i m (hәzin sәs ilә vә güc ilә). Hә, hә, bala, sözünü de, eşidirәm.

R ü s t ә m b ә y. Ana, bax, mәn sәni lap yaxşı başa salım: nә qәdәr ki, mәn bu kitablara etiqad elәyirәm (öz kitabları tәrәfә әlini tutur), Mәhәmmәdәli dә bu kitablara (Mirzә Mәhәmmәdәlinin tәrәfinә әlini uzadır) vә Sәmәd dә bu kitablara (Sәmәd Vahidә tәrәf әlini uzadır) etiqad elәyirlәr, dәxi biz nә tәhәr ittihad edib, mehriban yola gedә bilәrik?

(Rüstәm bәy yavaş-yavaş uzaqlaşır içәri otağa. Zәhra bәyim dәrin ah çәkir, sonra Mirzә Mәhәmmәdәli gәlib çökür diz ustә anasının qabağında).

M i r z ә M ә h ә m m ә d ә l i. Ana, mәni bağışla, dünәn hirsli vaxtımda sәnә tәrk-әdәblik göstәrdim.

Z ә h r a b ә y i m. Bala, ayaqlarının altında ölüm, qardaşlarından ayrılma.

G ü l b a h a r. Dadaş, sәn, atanın goru, ayrılma.

M i r z ә M ә h ә m m ә d ә l i. Ana, ay ana, bir qulaq as, gör nә deyirәm. İşin әslkarı bir yerdәdir ki, bax, mәn sәni bu saat başa salım. Bax, bu evdә üç qism kitab var ki, biz üç qardaş bunlara sitayiş edirik. Bir qismi budur (Rüstәm bәyin kitablarını nişan verir). Bir qismi budur (Sәmәd Vahidin kitablarını nişan verir). Bir qismi dә budur (öz kitablarını nişan verir). Әgәr biz bu kitabları bir-birinin yanına qoysaq, diqqәtnәn baxsaq vә zaiqәyә tapşırsaq, baxıb görәrik ki, bu üç qism kitablar bir-birinә o qәdәr oxşayır, necә ki, mәsәlәn, mәn Sәmәdә oxşayıram, Sәmәd Rüstəmә oxşayır, Rüstәm bәy dә mәnә oxşayır. Bax, qoy sәni qurtarım; qulaq asırsan, ana, ya yox? Bu kitabların cәmisi әşardı, özü dә әşar deyirәm ha! Fikrin özgә yana getmәsin. Xoruz sәsi eşitmәyәn әşardı!

S ә m ә d V a h i d. Pәki!

M i r z ә M ә h ә m m ә d ә l i (әlini Rüstәm bәyә sarı tutur). Bu kitabların da cәmisi bilirsәn nәdir? Bilmirsәn, deyim: cәmisi rus lüğәtidir. Bu da elә bir cür naxoşluqdur.

Rüstәm bәy sağ әlini Mirzә Mәhәmmәdәliyә tәrәf atır vә gedir çölә.

O ki, qaldı mәnim öz kitablarım (kitablarına tәrәf baxır vә bir qәdәr fikrә gedir), bunların biri xüsufdu, biri küsufdu. Di indi, ana, bizә bir tәdbir tök, görәk biz nә tövr yola gedә bilәrik?!

Zәhra bәyim dәrin ah çәkir.

Ana, sözün yoxdu? Mәni bağışla, mәn getmәliyәm. (Durur, başmaqlarını geyir). Gülbahar, mәn hammal göndәrәcәyәm, mәnim kitab sandığımı vә yatacağımı verәrsәn gәtirsin (çıxıb gedir).

S ә m ә d V a h i d (Zәhra bәyimә tәrәf gәlir). Validәm, bәnә dә bәradәrlәrim ilә yola getmәyi tәklif edәcәksәn, bәni dә әfv et, zira gәrәk gavur lüğәtlәrinin (Rüstәm bәyin şkafınaa işarә edir) vә gәrәk fanatik kitablarının (Mirzә Mәhәmmәdәlinin kitablarına işarә edir) sahiblәri ilә bir sırada bulunmaq bәndә üçün qabili-imkan deyil. Bәni әfv et. (Gülbahara) Bәnim dә kitablarım ardınca hammal gәlәsidir, ona tәslim etmәkdә müzayiqә göstәrmәzsәn, zәnn ediyorum. (Çıxıb gedir).

Zәhra bәyim bir qәdәr fikir elәyir vә güc ilә o tәrәf-bu tәrәfә baxır vә Gülbahardan savayı otaqda bir kәsi görmür.

Z ә h r a b ә y i m. Qızım, bunlar hara getdilәr?

G ü l b a h a r. Nә bilim, ana? Çıxıb getdilәr.

Z ә h r a b ә y i m (fikrә gedir). Ürәyim, ürәyim (әlini qoyur ürәyinә) üç yerә bölünә, üç tikә ola, hәr tikәsi dә bir tәrәfә çıxıb gedә (yenә baxır otağa), onda dәxi ürәyim parçalanar, ölәrәm. Qızım, pәs mәnim ürәyim üç parça olsa, sәn nә elәrsәn?! Qızım, anasız qalarsan (dәrin ah çәkir vә huşa gedir).

Gülbahar bir qәdәr baxır anasına vә tez durur ayağa, qaçır qapıya vә nә qәdәr sәsi var, çığırır.

G ü l b a h a r. Sәmәd, Sәmәd!... Mәhәmmәdәli dadaş!... Sәmәd!...

Q ә n b ә r hövlnak girir içәri, dalınca Q u r b a n vә Z a m a n. Gülbahar qaçır Qәnbәrin yanına, yapışır әlindәn vә çәkә-çәkә gәtirir anasının yanına vә özü dә çökür anasının qabağında, әlini götürür vә çağırır.

Ana! Ana!

Qәnbәr tәәccüb edir vә deyir.

Q ә n bә r. Xanımcan, nә var? Yoxsa xanım bәyim pis haldadır?

Zәhra bәyim gözlәrini açır vә baxır Gülbahara vә sonra da Qәnbәrә vә güc ilә başını çöndәrir vә gözü ilә bir şey axtaran kimi çobanlara gözü sataşır.

G ü l b a h a r. Ana, necәsәn?

Z ә h r a b ә y i m (Qәnbәrә baxır). Qәnbәr, sәnsәn? Hәlә getmәmisәn?

Q ә n b ә r. Xanım bәyim, qulluğunda durmuşam.

G ü l b a h a r. Ana, Qәnbәr vә çobanlar gәliblәr sәnin kefini xәbәr alırlar. (Qәnbәrә) Qәnbәr, bir az danış, anamın kefi açılsın.

Z ә h r a b ә y i m (Qәnbәrә). Qәnbәr, bir az danış, danış. Nә olar, danış, qulaq asaq. Niyә danışmırsan? Mәn istәyirәm qulaq asam. De gәrәk, indi qoyunların nә qayırır? Deyirdin axı azarlıyırlar.

Qәnbәr utanır vә başını salır aşağı.

G ü l b a h a r (gülә-gülә). Qәnbәr, hı, indi qoyunların sәni gözlәyir. İndi görәsәn qumral bәnöyüş qoyunu canavar dağıtmayıb ki? (gülür).

Q ә n b ә r. Xanım bәyim, qumral bәnöyüş qoyun sәnә qurban olsun.

G ü l b a h a r. Qәnbәr, hı, sәn allah bir nağıl elә görәk, qoyunu canavar dağıdanda necә ağlayırsan?

Q ә n b ә r (utana-utana). Xanımcan, onu mәn sәnә nağıl elәmişәm, onu sәn bilirsәn. Bәlkә sәn Zamanın tütәk çalmağını görәsәn, görәsәn necә tütәyin sәsi ilә qoyunları qaytarır?

G ü l b a h a r. Necә, necә? Sәn allah, Qәnbәr, necә? Bir nağıl elә görәk. (Anasına). Ana, qulaq asırsanmı, nağıl elәsinmi? Ana, qoy nağıl elәsin, qulaq as.

Q ә n b ә r. Xanımcan, and olsun allaha, bir dәfә mәn özüm tәәccüb qaldım. Günorta zamanı idi. Qoyunları çobanlar aparırdılar "Qızlar bulağına". Biz dә yoldaşlarımıznan oturmuşduq kәklik tәpәsinin yamacında, qoyunlara baxırdıq. Bax, bu qırışmal Zaman da oturmuşdu yanımızda, tütәk çalırdı. Bizim qoyunlar da, Zamangilin qoyunları da bulağa sarı getmәkdә idi. Birdәn Zaman bizә qayıtdı ki, "nә verәrsiniz, elә çalım ki, qoyunlar getdiklәri yerdә dayanıb, geri qayıtsınlar?" Söz yox, heç kәs inanmadı. Xülasә, nә başınızı ağrıdım, xanımlar, Zaman başladı çalmağa. (Zamana). Әdә, çıxart tütәyini. (Zaman utana-utana tütәyini çıxardır). And olsun sizin әziz canınıza, qoyunlar tütәyin sәsini eşidәn kimi elә bil ki, bir şeydәn ürkdülәr. Elәcә getdiklәri yerdә dayandılar, qulaqlarını qırpıtdılar. Elә bil, bir şeydәn qorxan kimi geri döndülәr vә quyruqlarını ata-ata, mәlәşә-mәlәşә başladılar tәpәyә tәrәf geri qaçmağa. (Zamana). Әdә, Zaman, çal.

Zaman başlayır tütəkdә çoban--bayatını çalmağa; bir qәdәr ona baxıb, Qәnbәr oxuyur.

Q ә n b ә r.

Biz çobanıq, dağdı, daşdı yerimiz, Yoldaşımız qoyun-quzu sürümüz, Dәrs almayıb, haqdı-ki, heç birimiz, Amma zövqü sәfalıdı çobanlar, Qardaşlıqda vәfalıdı çobanlar.

Gözәl olur çöldә çәmәnlәr, çaylar, Qışda arandayıq, dağda da yaylar, Çoban südü sağar, hamıya paylar, Niyyәti çünki alidir çobanlar, Qardaşlıqda vәfalıdı çobanlar.

Sürü kәndә dönәndә axşam-sәhәr, Qoyun mәlәr, quzu mәlәr, hey mәlәr, Sәsә-küyә düşәr, köpәklәr hürәr, Billah, zövqü sәfalıdı çobanlar, Qardaşlıqda vәfalıdı çobanlar.

Z a m a n (tütәyi qoyur cibinә vә deyir). Eh, xanımların canı sağ olsun.

G ü l b a h a r (Qәnbәrә). Qәnbәr, sәn allah o sözlәri sәn özün bir dә de.

Qәnbәr başını salır aşağa vә bir dә avazsız hәmin sözlәri deyir.

Q ә n b ә r. Biz çobanıq, dağdı, daşdı yerimiz ... (vә axıra kimi).

Qәnbәr qurtardıqda çöl qapıdan bir hambal girir içәri.

H a m b a l. Burdadımı Mirzә Mәhәmmәdәli ağanın kitabları? Mәni göndәrib aparam mәscid hücrәsinә.

Gülbahar hambala әli ilә işarә elәyir dinmәsin vә hambala yavuq gәlib qulağına bir şey pıçıldayır. Hambal çıxıb gedir, sonra gәlir anasının yanına.

G ü l b a h a r (anasına). Ana, dur sәni aparım içәri otağa. Orada uzan, rahat ol.

Zәhra bәyim hazırlaşır dursun ayağa, bir qәdәr fikir elәyir vә qoltuğunu eşәlәyib bayazını çıxardır verir Gülbahara vә deyir:

Z ә h r a b ә y i m. Qızım, bu kitabı al saxla yanında. Qardaşların yola getmәyәndә kitabın bir yerindә atanın yazısı var,--öz әlinәn yazıb,--onu axtar tap, ver qardaşların oxusun. Onu oxusalar, daxı savaşmazlar. Onu atan ölәndәn iki gün qabaq öz әlinәn yazdı (durur ayağa) әli titrәyә-titrәyә yazdı; elә naxoş ola-ola yazdı. Dedi uşaqlar oxusunlar. Qız, yapış әlimdәn, qalxa bilmirәm.

Zәhra bәyim "vay-vay" elәyə-elәyә durur ayağa, Gülbahar kitabı qoyur qoltuğuna, yapışır anasının әlindәn; yavaş-yavaş aparır o biri otağa. Qayıdır geri, kitabı vәrәqlәyir, bir yerini tapır, diqqәtnәn oxuyur.

İ k i i c i h a m b a l daxil olur içәri.

İ k i n c i h a m b a l. Mәn gәlmişәm Sәmәd Vahidin kitablarını vә yatacağını aparam.

G ü l b a h a r. (bir qәdәr baxır). Bir qәdәr dur çöldә, bir azdan sonra gәl apar.

Hambal gedir.

G ü l b a h a r (bir qәdәr fikirdәn sonra, Qәnbәrә). Qәnbәr, bilirsәn nә var?

Q ә n b ә r. Buyur, xanımcan.

G ü l b a h a r. Gәrәk mәnә kömәk elәyәsәn.

Q ә n b ә r. Gözüm üstә, xanımcan, buyur. (Әlini qoyur gözünün üstә).

G ü l b a h a r. Qәnbәr, bilirsәn nә var? Qulaq as, deyim. Qәnbәr, Mәhәmmәdәli dadaşım vә Sәmәd dadaşım indi hammalları göndәrmişdilәr ki, kitablarını vә yatacaqlarını buradan aparsınlar. Amma anam onların köçmәyini eşitcәk qutaracaq; yәqin bil ki, haman dәqiqә keçinәcәk. Qәnbәr, mәnә kömәk elә.

Q ә n b ә r. Xanımcan, hәr nә buyurursan buyur. Hazıram.

G ü l b a h a r (fikirli). Vallah, mәәttәl qalmışam.

Q ә n b ә r. Xanımcan, hәr nә buyursan, әmәlә gәtirә bilәrәm.

G ü l b a h a r. Vallah, heç bilmirәm nә qayırım?

(Gülbahar gah gedir qapıya tәrәf, gah girir içәri otağa, gah bir durur fikir elәyir, gah gedir qardaşlarının kitablarına diqqәt ilә baxır.)

Bu heyndә R ü s t ә m bәy içәri otaqdan başını uzadıb, Q ә n b ә r i vә ç o b a n l a r ı görüb deyir.

R ü s t ә m b ә y. Qәnbәr, sizin burada bir işiniz yoxdur, bu saat buradan rәdd olun, bir dә sizi mәn burada görmәyim!

Qәnbәr vә çobanlar çıxıb gedirlәr, Rüstәm bәy dә yox olur. Gülbahar dәrin

fikirdә o tәrәfә-bu tәrәfә var-gәl elәyir vә axırda gedir durur pәncәrәnin qabağında vә baxır çölә vә birdәn uca sәs ilә çığırır: "Qәnbәr!" Çöl

qapıdan içәri daxil olur i k i n c i h a m b a l.

İ k i n c i h a m m a l. Xanım, mәn mәәttәl oldum, mәni yola sal, gedim.

Gülbahar yenә bir qәdәr fikir edir, sonra gәlir yapışır onun әlindәn, çәkә-çәkә aparır pәncәrәnin qabağına vә deyir:

G ü l b a h a r. Ay hammal qardaş, bir mәnә de görüm, axır adamlar niyә hәrә bir yana gedir?

İ k i n c i h a m m a l. Xanım, pәs hara getsinlәr?

G ü l b a h a r. Necә hara getsinlәr? Mәn axır sәndәn söz soruşuram ki, niyә hamısı bir yerә getmir, niyә hәrә bir tәrәfә gedir? Bax, görürsәn, o adamlar o tәrәfә gedir, bu adamlar bu tәrәfә gedir; mәn bu işi başa düşmürәm. Yәqin ki, dәli olublar.

İ k i n c i h a m m a l. Hәrәnin bir yanda işi var, hәrәnin evi bir tәrәfdәdi: biri evinә gedir, biri işinә gedir.

G ü l b a h a r (hövsәlәsiz). Eh, mәn sәndәn söz soruşuram, sәn bilmirәm mәnә nә cavab verirsәn. Nә sәbәbә, axır, hamı bir tәrәfә getmir? Yox, yox, bu pis işdi, vallah, pis işdi. Bir yaxşı fikir elә (oturur pәncәrәnin içindә).

İ k i n c i h a m m a l. Xanım, mәni yola sal gedim. Hansı kitabları aparacağam, ver aparım.

G ü l b a h a r (hirsli qalxır ayağa vә uğadan). Axmaq-axmaq danışma! Mәn sәndәn söz soruşuram, sәn hәlә mәndәn katab istәyirsәn. Bu saat mәnә de görüm ki, axır bu adamlar niyә hamısı bir tәrәfә getmir? Niyә biri o tәrәfә gedir, biri bu tәrәfә gedir?

İ k i n c i h a m m a l. Xanım, başına dolanım, axır mәn nә bilim? Hәr kәs hara istәyir gedir. Mәn dәxi nә elәyim?!

G ü l b a h a r. Qәlәt elәmә, haramzada! Bu saat get onlara de ki, and olsun allaha, elә bir iş edәrәm, bir dәqiqә içindә, bax, bir göz yumub saatda (gözlәrini yumur) quruyub daşa dönәrlәr. Onlar hamısı allahın yolundan çıxıblar. Yox, yox, sәn onları xәbәrdar elә! Yoxsa yazıqdılar, axırda özlәri peşiman olarlar. Olarlar inşallah, olarlar inşallah!

Hambal çönüb qapıya tәrәf gedir.

G ü l b a h a r (sakit). Dayan, hammal qardaş, dayan! Gәl kitabları apar. Amma mәn sәnә necә ki, dedim, elә dә camaatı başa salarsan.

İ k i n c i h a m m a l. Baş üstә, xanım. Pәs mәn hansı kitabları aparacağam.

Gülbahar gedir Rüstәm bәyin kitab şkafını açır, kitabları bir-bir çıxardır vә cildlәrini cıra-cıra, vәrәqlәrini dağıda-dağıda tullayır ortalığa

vә tullaya-tullaya deyir.

G ü l b a h a r. Rus lüğәti. Slavyan lüğәti (hambal bu işi görcәk yavaşca yox olur. Rüstәm bәyin kitablarını qurtarandan sonra Gülbahar Sәmәd Vahidin kitablarını haman minval ilә, yәni cırıb dağıda-dağıda atır yerә vә ata-ata deyir): Elmi-qafiyә. Vәzni-şer. (Bu kitabları da qurtarandan sonra, Gülbahar gedir Mirzә Mәhәmmәdәlinin sandığından kitabları yenә bir-bir çıxarır vә cıra-cıra tullayır yerә vә deyir): Xüsuf. Küsuf. Sonra o tәrәf-bu tәrәfә baxıb görür hambal yoxdur, gәlir kitabların tikә-parçalarını qucaqlayır vә pәncәrәdәn tökür çölә. Qaçır içәri otaqdan neft vә spiçka gәtirir, kitabların üstünә neft töküb od vurur. Kitablar çöldә alışır vә Gülbahar durur otağın ortasında; qoltuğundan anasının kitabını çıxardır, bir sәhifәsini açır vә diqqәt ilә baxır.

Çöl qapıdan hövlnak daxil olur, M i r z ә M ә h ә m m ә d ә l i , S ә m ә d V a h i d vә dallarınca b i r i n c i vә i k i n c i h a m b a l l a r. İçәri otaqdan hövlnak daxil olurlar R ü s t ә m b ә y, Z i v ә r x a n ı m vә bunların dalısınca Z ә h r a b ә y i m sürünә-sürünә özünü salır qapının ağzına. Camaat hamısı kitabların yanmağını vә Gülbaharın әhvalının dәyişmәyini görüb mat qalır. Zәhra bәyim vayıldaya-vayıldaya deyir.

Z ә h r a b ә y i m. Ax, yazıq canım!

Qardaşlar gedirlәr, pәncәrәdәn kitabların yanmağına baxırlar, sonar çönüb Gülbahara tamaşa edirlәr. Gülbahar әlindәki kitabın açıq sәhifәsini yuxarı qalxızıb, qardaşlarına tәrәf tutub baxır. Ara bir qәdәr sakit keçir vә heç kәs dinmir. Axırda Gülbahar ucadan mütәәssiranә deyir:

G ü l b a h a r. Qaldı bircә kitab: bu da anamın kitabı! Bir qәdәr hamı sakit durur baxır.

Budur atam öz әli ilә yazdığı vәsiyyәt (oxuyur). Tarixi-hicrinin min iki yüz doxsan dördüncü ilindә, rәbiüs-saninin on ikisindә, çeşәnbә günü, sübh әzanından yarım saat keçdikdә yoldaşım Zәhranın cismindәn bir parça qopub ayrıldı ki, ibarәt olsun Rüstәm balamdan (barmağı ilә Rüstәm bәyә işarә edir; Rüstәm bәy atasının xәttinә diqqәt edәndәn sonra dәsmalını basır üzünә).

Biçarә övrәtin cisminin qalanından genә tarixi-hicrinin min iki yüz doxsan doqquzuncu ilindә, ramazanın beşindә, pәncşәnbә günü, axşamdan üç saat keçdikdә genә bir parça ayrılıb qopdu. Haman gün oğlum Mәhәmmәdәli anadan oldu (barmağı ilә Mirzә Mәhәmmәdәliyә işarә edir; Mәhәmmәdәli dә yavuq gәlir vә atasının xәttini görür vә dәsmalı basır üzünә).

Yazıq Zәhranın qalan cismi genә bir dәfә parçalandı. Bu da vaqe oldu haman tarixin min üç yüz dördüncü ilindә, cәmadiәl-әvvәlin on beşindә, çaharşәnbә günü, günorta zamanı ki, haman gün balamız Sәmәd dünyaya gәldi (Sәmәd Vahidә işarә edir; Sәmәd Vahid dәsmalı basır üzünә).

Bundan da bir neçә il sonra baxtı-qara övrәtin qalan yarım canından genә bir parça qopdu ki, adını Gülbahar qoyduq. Bu da vaqe olub haman tarixin min üç yüz onuncu ilindә, şәvvalın iyirmi birindә, cümә axşamı, sübh vaxtı.

Yer, göy, aylar vә ulduzlar göylәrdә seyr edib gәzә-gәzә genә әvvәl-axır günün başına dolanırlar; çünki bunlar hamısı qәdim әzәldә gündәn qopub ayrılmış parçalardır.

Mәn etiqad edirәm ki, mәnim dә balalarım dünyada hәr yanı gәzib dolansalar, genә әvvәl-axır anaları Zәhranın (әlini anasına tәrәf tutur) әtrafında gәrәk dolanalar; çünki ay vә ulduz şәmsin parçaları olan kimi, bunlar da analarının ayı vә ulduzlarıdır. Vay o kәsin halına ki, tәbiәtin hәmin qanununu pozmaq istәyә! Onun insafı vә vicdanı ona müdamül-hәyat әziyyәt edәcәk, nә qәdәr canında nәfәs var, peşiman olacaq.

(Gülbahar qurtarcaq anası Zәhra bәyim bihuş oturduğu yerdә yıxılır. Gülbahar kitabı qoyur qoltuq cibinә vә gedir oturur pәncәrәnin qabağında, dizlәrini qucaqlayır vә baxır çölә tәrәf).

R ü s t ә m b ә y, M i r z ә M ә h ә m m ә d ә l i, S ә m ә d V a h i d vә Z i v ә r x a n ı m tökülürlәr Zәhra bәyimin yanına. Mirzә Mәhәmmәdәli anasının әllәrini soyumuş vә can üstә görüb, qalxır durur övrәtin başının üstündә vә başlayır fatihә surәsini oxumağa. Hamı qalxır ayağa. Rüstәm bәy, Sәmәd Vahid vә Zivәr xanım dәsmallarını üzlәrinә basıb, yavaşca ağlayırlar.

(Gülbahar mat-mat baxır gah anasına tәrәf, gah çölә tәrәf).

M i r z ә M ә h ә m m ә d ә l i (avaz ilә). Әlhәmdülillahi-rәbbil-alәmin. Әrrәhmanir-rәhim, maliki yövmәddin....

Pәrdә salınır vә Mirzә Mәhәmmәdәlinin oxumağını kәsir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR