Slimfit
  1. ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadə - Anamın kitabı

Cəlil Məmmədquluzadə - Anamın kitabı
Sakura

Cəlil Məmmədquluzadə - Anamın kitabı

Drama, dörd mәclisdә


1) R ü s t ә m b ә y--Rus intelligenti libasında: yәni pidjak, jilet, nişastalı yaxalı köynәk, boğazında qalstuk, nişastalanmış ağ qolları. Rus darülfünununda elm tәhsil elәmiş vә rus tәrbiyәsi tәrәfdarı. Hərәkәti ağır vә tәmkinli. Başı açıq, hәmişә gözlәri eynәkli (çeşmәk). 40 yaşında.

2) M i r z ә M ә h ә m m ә d ә l i--İran ürәfası libasında, yәni uca İran börkü, uzun İran arxalığı, üstündәn qurşaq, arxalığın üstündәn uzun İrani çuxa (geymә), gen şalvar, ağ corab. Başmaqlarını qapının ağzında çıxardıb yerdә diz üstә oturur. Hәmişә әlindә tәsbeh vә gözündә eynәk. Acıqlı vә gülmәyәn. İran tәrbiyәsi tәrәfdarı. 35 yaşında.

3) S ә m ә d V a h i d--İstanbulda әdәbiyyat dәrsi almış. Başında qırmızı fәs, әynindә pidcak, jilet, ağ yaxalı köynәk vә qalstuk, gözlәrindә eynәk. Tәmkinli vә sakit. Osmanlı tәrbiyәsi tәrәfdarı. 30 yaşında.

4) G ü l b a h a r--surәtdә gözәl. Ümumi müsәlman qızları libasında, başında çarqat. Müsәlmanca savadlı. Anasını nәhayәt istәyәn. 20 yaşında.

5) Z i v ә r x a n ı m--Rus tәrbiyәsi tapmış. Rus xanımları libasında. Boğazı vә qolları açıq, müsәlmanca savadsız.

6) Q ә n b ә r--Sifәtdә göyçәk. Әynindә çәrkәzi çuxa, belindә qәmә vә tapança. Әlindә qamçı.

7) A s l a n b ә y--hәr cәhәtdәn Rüstәm bәyә oxşayır.

8) M i r z ә B ә x ş ә l i--hәr cәhәtdәn Mirzә Mәhәmmәdәliyә oxşayır.

9) H ü s e y n Ş a h i d--hәr cәhәtdәn Sәmәd Vahidә oxşayır.

10) S e n z o r M i r z ә C ә f ә r b ә y--Rus çinovniki libasında. Gözlәrindә eynәk.


M Ә C L İ S L Ә R İ N Ә H A L İ S İ

1. Z ә h r a b ә y i m--60 yaşında.

2. R ü s t ә m b ә y--onun böyük oğlu, intelligent. 40 yaşında.

3. M i r z ә M ә h ә m m ә d ә l i--onun ikinci oğlu, elmi-ilahi müәllimi vә vaiz. 35 yaşında.

4. S ә m ә d V a h i d--onun üçüncü oğlu, türk dili müәllimi (fәs qoyur) 30 yaşında.

5. G ü l b a h a r--qızı, müsәlmanca oxumuş. 20 yaşında.

6. Z i v ә r x a n ı m--Rüstәm bәyin övrәti, rusca tәrbiyә tapmış. 25 yaşında.

7. M i r z ә H ә s ә n--Rüstәm bәyin dilmancı. 30 yaşında.

8. T e y m u r b ә y--Cәmiyyәti-xeyriyyәnin dәftәrdarı. 25 yaşında.

9. M i r z ә Z e y n a l--millәtpәrәst. 30 yaşında.

10. S ә l i m ә x a n ı m--müәllimә (danışmır). 25 yaşında.

11. A s l a n b ә y--mal hәkimi (rus intelligenti libasında). 30 yaşında.

12. İ s m a y ı l a ğ a--cәmiyyәti-xeyriyyә üzvü (danışmır). 45 yaşında.

13. M ü n ә v v ә r x a n ı m--onun qızı (danışmır). 20 yaşında.

14. H ü s e y n Ş a h i d--türk dili müәllimi (fәsli). 30 yaşında.

15. M i r z ә B ә x ş ә l i--elmi-ilahi müәllimi. 35 yaşında.

16. Q ә n b ә r--Rüstәm bәyin sәrkarı. 45 yaşında.

17. Q u r b a n--çoban. 25 yaşında.

18. 3 a m a n--çoban. 25 yaşında.

19. S e n z o r M i r z ә C ә f ә r b ә y--45 yaşında.

20. P o l i s m ә m u r u (danışmır)--35 yaşında.

21. İ k i n ә f ә r f ә r r a ş (danışmırlar)--30--35 yaşında.

22. M ә ş ә d i C ә f ә r--әrizә sahibi, 40 yaşında.

23. Y e n ә ü ç n ә f ә r f ә q i r--40-45 yaşında.

24. B i r i n c i h a m b a l--30 yaşında.

25. İ k i n c i h a m b a l--30 yaşında.

Әhvalat vaqe olur tarixi-hicrnin min üç yüz otuzuncu ilinin yavıqlarında, Azәrbaycan şәhәrlәrinin birindә, Rusiya hökumәti әsrindә.

 

Mündəricat

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR