Slimfit
  1. CƏMİYYƏT

Cəlal İsayev: “Bu yolla koronavirusa yoluxmanın qarşısını almaq mümkündür”

Cəlal İsayev: “Bu yolla koronavirusa yoluxmanın qarşısını almaq mümkündür”
Sakura

Cəlal İsayev: “Bu yolla koronavirusa yoluxmanın qarşısını almaq mümkündür”

“Koronavirus heyvanlar arasında yaranaraq insana keçən bir xəstəlikdir. COVID-19-un yarasalardan insanlara keçməsi güman olunur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev “Baku TV”nin canlı efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib.

O bildirib ki, artıq yarasalarla bağlı təhlükə önəmini itirib, çünki xəstəlik sürətlə insandan-insana keçməyə başlayıb:

 

“Xəstəliyin insanlar arasında hava-damcı yolu ilə, təmasla, qəbul etdiyimiz su, qida vasitəsilə belə yoluxması mümkündür. Bu səbəbdən gigiyenik qaydalara çox ciddi riayət olunması ən vacib şərtdir.

Ünsiyyəti minimuma endirməklə yoluxmanın qarşısını almaq mümkündür. Amma hava-damcı yolu ilə yoluxmadan qorunmaq üçün yeganə vasitə evdən çıxmamaqdır. Vətəndaşlardan bunları nəzərə almaları xahiş olunur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR