Dərc edildi: Baxış sayı: 759
Çəhrayı rəngli fil balası - Nadir hadisə
Cənubi Afrika Respublikasında nadir mutasiya - leykizmlə doğulan çəhrayı fil balasının görüntüsü yayılıb.
Teleqraf.com Daily Mail-ə istinadən xəbər verir ki, videoçarxı Milli Parkda Tim Yamsen van Vuren çəkib. Fil balası üç həftə əvvəl doğulub.
Filin rəngi barədə danışan Tim Yamsen van Vuren bildirib ki, bu, genetik xəstəlikdir: "O, ömrünün axırına kimi bu cür qalacaq. Bu fil balası mənim təbiətdə gördüyüm ən maraqlı canlılardan biridir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət