Slimfit
  1. PSİXOLOGİYA

Ceff Bezos: Dünyanın ən varlı adamının qaydaları

Ceff Bezos: Dünyanın ən varlı adamının qaydaları
Sakura

Dünyada ən uğurlu insanlardan birinin həyat qaydaları.

Ceff Bezos özünün gündəlik qaydaları haqqında Vaşinqtonda keçirilən İqtisadi klubun yığıncağında danışıb. Planetin ən varlı adamı etiraf edib ki, onun üçün 8 saatlıq yuxu və səhər “bekarçılıq üçün vaxt” vacibdir. Bezos deyib ki, adətən ilk görüşü saat 10 üçün təyin edir, buna qədər isə bir fincan kofe içir, uşaqlarla səhər yeməyi yeyir və qəzet oxuyur. Bütün vacib işləri Ceff Bezos nahara qədər həll etməyə çalışır.

Nəzəri cəhətdən daha qısa yuxu və ilk görüşün saat 8-ə keçirilməsi Bezosu daha məhsuldar edə bilərdi. Amma onun sözlərinə görə, belə olduqda tərəfindən qəbul edilmiş qərarların keyfiyyəti deyil, kəmiyyəti dəyişəcək. “Yüksək idarəetmə vəzifələrində insanlara ona görə ödəyirlər ki, onlar az sayda çox düzgün qərarlar qəbul edirlər. Mən bir gün ərzində üç doğru qərar versəm, bu kifayətdir. Uorenn Baffet deyir ki, bir ilə üç doğru qərar versə, özündən razı qala bilər”, - Amazon rəhbəri izah edir. 

Bu qanunauyğunluğu elm təsdiqləyir və bu fenomeni qəbul edilməsindən yaranmış yorğunluq (decision fatigue) adlandırır. Bu hal ondan ibarətdir ki, bir sutka ərzində insan çoxlu sayda qərarlar qəbul edir (nəyi yemək, oxumaq, demək lazımdır), buna görə də sonda onun beyni yorulur və səhvə yol verməyə meylli olur.

Mənbə: Mport.ua

[haber=12085]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR