Slimfit
  1. İDMAN

Çeferinin UEFA prezidenti vəzifəsinə namizədliyi yenidən irəli sürülüb

Çeferinin UEFA prezidenti vəzifəsinə namizədliyi yenidən irəli sürülüb
Sakura

Çeferinin UEFA prezidenti vəzifəsinə namizədliyi yenidən irəli sürülüb

Sloveniya Futbol Federasiyası (NZS) UEFA-nın hazırkı prezidenti Aleksander Çeferinin namizədliyini qurumun rəhbəri vəzifəsinə yeni seçkilər üçün irəli sürüb.

"Report"un "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, sloveniyalı funksionerin namizədliyini daha 5 milli assosiasiya dəstəkləyib.

Seçkidə iştirak üçün ərizə bu gün səhər saatlarında UEFA-ya göndərilib. Çeferinin yenidən seçilmək üçün yüksək şanslarının olduğu bildirilir. Çünki bu post uğrunda ciddi mübarizə gözlənilmir.

UEFA prezidenti postuna namizədlərin ərizələrinin qəbulu noyabrın 7-dək davam edəcək. Seçki isə 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada olacaq.

Aleksander Çeferin 14 sentyabr 2016-cı il tarixindən UEFA prezidentidir. O, Mişel Platinini əvəzləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR