Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Xəndan - Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz

Cəfər Xəndan - Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz
Sakura

Cəfər Xəndan - Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı mələk?
Bilirəm sən də dedin:"Yox yarə hacət sənsiz!"

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!

Nə gözüm var arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb olmadı rahət sənsiz!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR