Dərc edildi: Baxış sayı: 757
Cəfər Xəndan - Gül camalım gülə dedi: — Dur, pərdə sal üzündən
Gül camalım gülə dedi: — Dur, pərdə sal üzündən,
Güller zünnar bağlamışdır yanağından, üzündən.
Görürem ki, qan ötmüşdür niqabmı qönçənin,
Xəcaletdən bürünüb ki, görməyəsən bəlkə sən.
Qulac-qulac saçlanmn açılanda mətai,
Bənövşələr keçmək üçün yük bağladı bilirsən.
O erğəvan camalınm bir işarə etməsi
Yasəmeni lal eylədi, süsən qaldı sözündən.
Əgər dava edirsənsə, gülə söyle hökmünü,
Çünki nergiz xumar olmuş, yuxu yağır gözündən.
Nizamilə çox elləşdi bülbül etsin rəqabət,
Bu qəzəli eşidəndə susdu, getdi özündən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət