Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Yaşamaq

Cəfər Cabbarlı - Yaşamaq
Sakura

Cəfər Cabbarlı - Yaşamaq

Gözümdə büsbütün aləm məzara bənzərkən,
Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya. 
Könül xərabəsi, göz yaşlanrında inlərkən, 
Gülər dumanlı fəzalarda bir mələksima.

Uçar... uçar... uzaşar sadə bir gülümsəyərək, 
Aşar üfüqləri, varlıq xiyalı boynunda. 
İtər... gedər... genə ruhum, axan şu yıldız tək, 
Vərəmli bir gecə təm iztirabı qoynunda.

Sönər... susar... qara bir yoxluğun soyuq nəfəsi,
Zavallı fikrimi sarsıb da dondırar... yatırır.
Sonunda bir qocaman bayquşun zəhərli səsi, 
Sönük xiyalimə min dürlü sorğular gətirir.

Neçin, neçin yaşamaq? Ölməmək! Nədir məna? 
Neçin şu dörd yanı sarmış əzabə bağlanmaq? 
Neçin əzilmək, üzülmək, iməkləmək bica? 
Neçin həyatə səbəbsiz dözüb ayaqlanmaq?

Nə var yalanla qızarmış şu cani yüzlərdə, 
Nə var riyayi gülümsər şu mavi gözlərdə? 
Nədir şu kölgəli, dolmuş yalançı qəhqəhələr? 
Nə var şu zəhər bulaşmış səfalı sözlərdə?

Nədir, nədir dirilik yurdu? Qanlı bir ölkə! 
Degilmi varlıq özü canlı bir yığın kölgə? 
Ölüm!.. O bir əbədiyyət... görüncə siz uyğu... 
Nə tatlı şey... bu əzabə o sən çəkər bəlkə.

Şu yas içində ümid intiharə qalmışkən, 
Gülümsüyor yenə birdən fəzayi-xülyadan. 
Demeynən ki, cani ziya... bənligim yuxalmışkən, 
O sanki qaldırıyor bir dumanlı röyadan.

Xayır, xayır! Yaşamaq! Bir vüsalədək yaşamaq! 
Deyir, qoşar yürəgim! Onda bir işıqlı xiyal. 
Bədən bulur yenə qüvvət, itər şu yorğunluq, 
Nədir əcəb bu ziya?.. İştə şanlı bir ideal.

Deməm ki, gəl qucum! Hicran həyat ləzzətidir, 
Uzaq, Uzaq, gözüm! Ancaq məraqə yax bəni sən. 
Yaxınlığın genə heçlik, gülümsə göylərdən 
Yaşatmaq! İstəsən ancaq uzaq, uzaq bəndən! 
Nəsə? Budur yaşadan... rəf olunmayınca məraq, 
Könül deyor yaşamaq! Bir vüsaladək yaşamaq!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR