Dərc edildi: Baxış sayı: 1019
Cəfər Cabbarlı - Səhər vaxtı siyasi bir məhbus
Sübh açılır, gün doğuyor hər səhər,
Ah sən, ey məhbəsi-viranə, sən,
Bircə işıqlanmaz imişsən məgər?!
Məndə günah yox, onu bilməzmisən?
Siz, ey qara, ey vəhmli divarlar,
Ədli neçin pərdələyirsiz müdam?
Ey qara zəncir, ey ağır halqa, sən
Çatla, neçin zülmə edirsən dəvam?
Ey mələkəlmövt, gəl al canımı,
İndi ki, zülm ədli təbah eyləyir.
Öldür, əvət, öldür, olum rahət, ah!
Kimdir? O Hatif, nə xoş söyləyir:
- Səbr elə, bəxtinlə bir az qıl mədar:
Məhbəsi hürriyyət edər tar-mar,
Zülm enəcək, ədl olacaq payidar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət