Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Səbəbə ithaf

Cəfər Cabbarlı - Səbəbə ithaf
Sakura

Cəfər Cabbarlı - Səbəbə ithaf

Görüm olsun o qamışlar sənə peykan, a səbət! 
Verməyirsən mənə göz açmağa imkan, a səbət!

Çəkirəm hərdən on-on beş gün azından zəhmət, 
Yeddi-səkkiz kitaba baxhabax, eylə diqqət, 
Hər kitabdan alıram bir-iki söz, bir söhbət, 
Yazıram, göndərirəm şeir, alım bir şöhrət. 
Yazdığımdan oluram sonra peşiman, a səbət! 
Hamı yazdıqlarım olmuş sənə mehman, a səbət!

Şerimin çox sözü farsi, ərəbidir, rusi; 
Türki azdır, var isə, ancaq ol da məxsusi; 
Deyirəm şerimə həsrət qalacaq Firdovsi, 
Çün səşənbə toxunur çeşmimə posta qutusu, 
Sustalır əldə qələm, qəlbim olur qan, a səbət! 
Kim məni etdi səninlə belə üdvan, a səbət!

Bilmirəm mən nə yazım bəlkə bəyənsin bu müdir, 
Nə ki zəhmət çəkirəm hamısı bibəhrə gedir. 
Şerim axır səbətin lap dibinə seyr edir, 
Vallah, bir dəfə sənin belinə sallam kəndir, 
Ataram təndirə, sonra deyərəm yan, a səbət! 
Necə ki, etmiş idin sən məni büryan, a səbət!

Adını harda eşitsə, saralır şairlər, 
Nə ki şeir oğruları, bəlkə böyük mahirlər. 
Mən bilən səndə yatıb çox yekəbaş mayirlər, 
Tapdilar, bilmirəm, hardan səni bu kafirlər? 
Səni icad eyləyən xanəsi viran, a səbət! 
Görüm olsun baş-ayaq vasili-niran, a səbət!

Daha sən təngə yetirdin bizi, ey bivicdan,
Hər nə yazdım "rabatay" hamı səbət oldu, dayan;
Nadürüstlük malısan, bizlərə vermirsən aman, 
Nə bəlayi-bəd olubsan, bizə, rədd ol burdan! 
Vallah, çernil qurudu, sındı qələmdan, a səbət! 
Qənim olsun sənə ol xaliqi-sübhan, a səbət!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR