Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Sahib zühur

Cəfər Cabbarlı - Sahib zühur
Sakura

Cəfər Cabbarlı - Sahib zühur

Evini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdın ki, elə dedin: "Qız gərək oxusun, qız gərək oxusun!”
İndi yaxşıdır? Mən sənə demədim ki, o məktəblərdə oxumağın axırı, boynuna xaç salmaqla qurtaracaq! Mən ha dad elədim, sən elə dedin - yox... Nə baxırsan üzümə, yoxsa yenə demək istəyirsən? - yox? Daha yum ağzını, bax, bu da qəzet, bu da müsəlman qızı “Zavedenie Svyatoy Nini" məktəbini tamam edib, bir qızıl xaç da alıbdır. Bəh, bəh! Elə bu qalmışdı ki, qızlarımız boyunlarına qızıl medal, qızıl xaç da salsınlar. Yox, daha dünyanın axırıdır. Srağagün aşağı gedirdim, bir qapıda yazılıb: "Doktor Göhərxanım Əliyeva".
A kişi, oxuyub doktor olmağı məni yandırmır, götürüb bir də yazır ki: "Fəqir müsəlman xanımlarına müftə müalicə olunur". Deyəsən, bu gəlib Allah verən dərdi sağaldacaq! Əgər bir naxoşun əcəli yetişibsə, istəyirsən pul ilə bax, istəyirsən pulsuz o öləcək ki, öləcək! Hə, nə var, Baba, gülürsən? Yoxsa şadlanırsan ki, müsəlman qızı məktəbi qızıl medal ilə tamam etmiş, yaxud müsəlman xanımı təbibə olub, öz bacılarına məhrəmanə kömək edir. Yox, Baba, indi bildim ki, sən də kafirsən. Vay atanın evinəcən, məxluq tamam kafir imiş!

Oldu islam əhli səd əfsus kim, islamə dur, 
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.

Bilsə yasin eybi yox, amma ki, sitr etsin üzün; 
Qoymayın nisvanı viran məktəbə salsın özün; 
Qanmadı heç kəs Qəyurun bu qəyuranə sözün, 
Bir baxmın, qoydu xəlayiq axır adını "Kəmşüur";
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.

Qız ədəb alsın deyə, verdi qəzetlər səsbəsəs, 
Taki nisvan milləti-islama olsun dadri-rəs, 
Söylərəm, qızlar qızıl xaç salmağa eylər həvəs; 
Saqqalım yoxdur, sözümə guş qılmaz heçcə kəs. 
Düz yolu millət azıb, girdaba düşdü misli-kür, 
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.

Zərrəcə islama qızdan nəf ola qabil deyil; 
Qız ki, var naqisfərasətdir, gözüm, aqil deyil, 
Əlli il təhsili-elm etsə, yenə kamil deyil; 
Ay canım, qızlar ki, insaniyyətə daxil deyil. 
Qızlara insan deyib, məxluq edir başına zur; 
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.

Qızların təhsili dini-paki eylər sərnigun; 
Naqisül-əql olmağından elm ilə çıxmaz cünun. 
Bəzi qızlar var hələ, lap qurtarıb darülfünun, 
Sonra da paltar geyir, islamı da etmiş zəbun. 
Bunlara bişək çəkir düzəx zəbanə çün tənur; 
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.

Elm təhsilin qıza peyğəmbər etmişdir haram; 
Bəzi sarsaqlar bunun əksin deyirlər sübhü şam. 
Qəztələr peyğəmbərə böhtan edirlər, bittəmam. 
Çox zaman çəkməz qiyamət, şübhəsiz eylər qiyam. 
Mən biləm, fərman alıb İsrafil etsin nəfxi-sur;
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR