Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Qürub çağı bir yetim

Cəfər Cabbarlı - Qürub çağı bir yetim
Sakura

Cəfər Cabbarlı - Qürub çağı bir yetim

Gün qürub etməyə edirdi şitab
Kainata enirdi bir zülmət.
Sanki göydən yağırdı hüznü zəlam,
Çulğayırdı cahan üzün nəkbət.
Zülmətin yer üzünü qaplaması
Qəlblərdə oyandırırdı qubar.
Sümtə aləm olurdu müstəğrəq,
Pərdeyi-qər olurdu sayənisar,
Hər tərəf bir sükut idi cari,
Sanki huşa gedib bütün aləm.
Qara, indi, geyər cahan necə ki,
Geyinib bir ana, tutur matəm.
Bu sükut içrə bir zavallı yetim
Matü məbhut edir səmayə nəzər;
Gah, o solğun çiçək, çəkir bir ah,
Od salır ruzgarə sərtasər.
Ah! O bikəs qüruba baxdıqca,
Kəndi halın yürəkdə fırladıyor.
O sarıntor çocuq yanaqlarını,
Gözlərindən axan yaş isladıyor.
Ana yox, əqrəbası yox, ata yox
Bir kömək görməyir, baxır hər yan.
Bir nəfər yox ki, sorsun əhvalını,
Bir nəfər yox onu bilə insan.
Hər tərəf üz tutub təlatimi-ğəm,
Nəzərində cahan olub zindan.
Boynu çiynində, qoltuğunda əli,
Zarü məhzun, məlulü sərgərdan.
Günəşin axırıncı zərrələri
Üfüqün arxasında oldu nihan.
Çənəsində əli, çocuq oturub,
Baxaraq ağlayır, fəqət pünhan.
Səs-sədasız çocuq edir nalə,
Kiçik əndamını ələm bürümüş,
Ağlayır, çıxmayır sədası fəqət, 
Çünki qəmdən zəbani həp qurumuş. 
Huşə getmiş çocuq xəyal içrə,
Kəsrəti-qüssədən olub bühuş. 
Yenə hər yer sükuta müstəğrəq, 
Yenə hər yer zülam içində xamuş.
Yenə hər yanda yox ziyadən əsər, 
Yenə hər yer məzar tək qəmgin.
Leyk zülmat indi örtübdür 
O səfilin sarımtıraq rəngin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR