Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Qızıma

Cəfər Cabbarlı - Qızıma
Sakura

Cəfər Cabbarlı - Qızıma

"Qızıma" adlı satirasında ("Babayi-Əmir", 1915, №19) qızlarını cəhalətdə saxlayan köhnə fikirli atalar tənqid edilmişlər.

 

Fikrini vermə nə elmə, nə də ürfanə, qızım! 
Çoxdur elmin zərəri din ilə imanə, qızım! 
Oxuyub elmi, evin eyləmə viranə, qızım! 
Yoxdur elmin səməri qövmi-müsəlmanə, qızım!

Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə; 
Qələmi xarici məzhəb kimi alma əlinə. 
Vurma ləkə daha, Allahı sevərsən, elinə. 
Elm bir şeymi, verə mənfəət insanə, qızım?

Nə rəvadır salasan möhnətə qəmsiz başını, 
Edəsən xalqın arasında xəcil qardaşını; 
Get bişir evdə, bala, düşbərəni, bozbaşını, 
Verginən meylini xingalə, fisincanə, qızım!

Otur evdə, atanın eylə pinə çul-çuxasın; 
Ananın bitləginən sübhü məsa baş-yaxasın. 
Elm üçün insan atarmı atasın, həm anasın? 
Ağlını başına yığ, heç olma divanə, qızım!

Evdə ol, çıxmaginən sən, bala, bir dəm eşiyə; 
Et təmiz, yaxşı süpür, diqqət elə ev-eşiyə; 
İnəyə yem veribsən, qulluq elə it-pişiyə; 
Bəsləyib, sonra sula, yaxşı bax heyvanə, qızım!

Yaşın oldu on üç, ay qız, səni verrəm bir ərə, 
Bir müqəddəs kişiyə, pulluya, bir bəxtəvərə; 
Vermərəm boynu qıraxmallıya, ya injenerə, 
Razı olmam düşəsən zülm ilə zindanə, qızım!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR